Sosial

“İşə götürmürlər, belə çıxır ki, ya oğru olmalıyam, ya da yüngül həyat tərzini seçməliyəm”

Roza Məmmədova
23 Sentyabr, 2021
4803

Açıq mənbələrdən götürülüb

Gülnar Niftiyeva Azərbaycanda yaşayan minlərlə işsizdən biridir.

2018-ci ilə qədər həm dövlət, həm də özəl sektorda çalışıb.

3 ildir işsiz olan bu qadın ali təhsilli və təcrübəli olmasına baxmayaraq iş tapa bilmədiyindən evdə oturmağa məhkumdur. Onun sözlərinə görə, Azərbaycanda ali təhsilli insanların əksəriyyəti bu aqibəti yaşayır.

“35 yaşdan sonra işə götürmürlər, pensiya yaşı isə 65-dir. Bəs 30 il ərzində vətəndaş nə etməlidir?”

Artan işsizlər ordusu

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə Azərbaycanda  işsizlərin sayı 375,9 min nəfər olub. Amma müstəqil ekspertlər reallıqda işsizlərin sayının rəsmi rəqəmlərdən daha çox  olduğunu iddia edir, bildirirlər ki, ölkədə hazırda işsiz insanların sayı təxminən 900 000-dir.

Məşğulluq üzrə Dövlət Agentliyi 2018-ci ildə işsiz statusu alanların sayının 20 088 nəfər olduğunu, 2019-cu ildə ümumilikdə 81 272 nəfərə işsiz statusu verdiyini bildirir. Bu da ötən bir ildə onların sayının 4 dəfə artması deməkdir.

İşsizlərin əksəriyyəti ölkədə yaş amilinin işə götürülmədə ciddi rol oynadığını iddia edir. 

DSK-nin saytında qeyd olunan son məlumat da bu iddianı təsdiq edir.

Belə ki, statistika göstərir ki, Azərbaycanda 35 yaşdan yuxarı insanlarda işsizlik faizi daha yüksəkdir( 45%).

Toplum TV

                                          

Məşğulluq mərkəzləri zənglə işləyir?               

2011-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət məşğulluğu xidməti, 2019-cu ildə isə bu qurumun əsasında Dövlət Məşğulluq Agentliyi publik hüquqi şəxsi yaradılıb.

Agentliyin yardadılmasında məqsəd işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsini təşkil etməkdən ibarətdir. Ancaq bir çoxları hesab edir ki, qurum vəzifəsinin öhdəsindən gəlmir. Məsələn, ixtisaca maliyyəçi olan Gülnar Niftiyeva danışır ki, agentlikdə işsiz kimi qeydiyyata düşdükdən sonra ona ofisiant işi təklif edilib.

“Əgər ofisiant işləyəcəkdimsə, məşğulluğa niyə müraciət edim ki?”,- G.Niftiyeva sual edir.

Agentliyin təklif etdiyi işləri özünə uyğun hesab etməyən Gülnar bu dəfə də biznes dəstəyi üçün qeydiyyatda olduğu Abşeron şəhər Məşğulluq Mərkəzinə yenidən üz tutub.

Onun sözlərinə görə, 2019-cu ildən bəri dəfələrlə mərkəzlə əlaqə saxlasa da, nəticə əldə edə bilməyib: “Gah dedilər karantindir, gah da dedilər ki, hələ xətt açılmayıb. Kimlə danışırdım, məni başqasına yönləndirirdi. Sonra bezdim, daha əlaqə saxlamadım. Bildim ki, heç bir kömək etməyəcəklər...”

Dövlət Məşğulluğu Xidmətinin  mətbuat katibi Əsmər Nəcməddinqızı “Toplum TV”-yə açıqlamasında G.Niftiyevanın işsiz kimi qeydiyyatda olduğunu təsdiqləsə də, şikayətçinin məşğulluq üçün müraciət etmədiyini bildirir.

Onun sözlərinə görə, məşğulluq mərkəzlərinə iş və ya digər tədbirlərlə bağlı müraciət edən vətəndaşlar qeydiyyata alınaraq siyahıya salınır; sonrakı mərhələdə  növbəsi  çatan vətəndaşla mərkəzin əməkdaşları əlaqə saxlayır. Həmçinin vətəndaş özü də mütəmadi olaraq mərkəzlə əlaqə saxlayaraq vakansiyalar və digər məşğulluq tədbirləri barədə məlumat ala bilər.

Əsmər Nəcməddinqızı

Ziddiyətli məqamlardan biri budur ki, mətbuat katibi G.Niftiyevanın rəsmi olaraq agentliyə müraciət etmədiyini desə də, məşğulluq mərkəzinin əməkdaşları ayrı-ayrı vaxtlarda onunla danışaraq işlə bağlı informasiyalar veriblər.

G.Niftiyeva deyir ki, “Toplum TV”-yə problemini danışdıqdan sonra Sumqayıt şəhər məşğulluq mərkəzinin əməkdaşı ona zəng edərək yalnız Xırdalan ərazisində biznesini qura biləcəyini bildirib.

“Əgər məşğulluq mərkəzində rəsmi qeydiyyatım yoxdursa, necə olur ki, biznesimi harda quracağımla bağlı danışırlar? Rəsmi imtina ilə bağlı isə hər hansı cavab məktubu göndərmirlər”.

Mətbuat katibi Əsmər Nəcməddinqızının sözlərinə görəsə, 2021-ci ilə qədər vətəndaş yalnız qeydiyyatda olduğu rayon üzrə fəaliyyət göstərə bilərdi.

”Bunun da səbəbi  iş quran vətəndaşa verilən avadanlıqların monitorinqini aparmaqla bağlı idi. Məsələn, dövlətin verdiyi avadanlıqları uyğun işlədib-işlətmədiyini, yaxud iş yerindən hər hansı gəlir əldə edib-etmədiyini müəyyən etmək üçün idi. Amma yeni dəyişikliyə görə, bu ildən vətəndaşa belə bir məhdudiyyət qoyulmur. Ona icazə verilir ki, iş yerini qeydiyyatda olduğu ünvandan asılı olmayaraq aça bilsin”.

Ə.Nəcməddinqızı G.Niftiyevanın biznes dəstəyi üçün məşğulluq mərkəzinə yaxınlaşmalı və qeydiyyatdan keçməli olduğunu, ona yalnız bu halda cavab verilə biləcəyini söyləyir.

Artıq bir ildən artıqdır ki, işsiz olan Gülnarın fikrincə, dövlət qurumları işsiz vətəndaşların problemlərini həll etməkdə maraqlı olmadığı üçün onun işi bu qədər ləngiyib.

“Yalnız harasa şikayət etdikdən sonra vətəndaşla maraqlanırlar. Nəticədə zaman gedir, itirən yenə vətəndaş olur. Qeydiyyata salmadıqları üçün yenidən mərkəzə yaxınlaşmaq, sonra da aylarla növbə gözləmək lazımdır”.

Azərbaycanda iş tapmaq niyə dolayı yollardan keçir?

REAL Partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərlinin fikrincə, problem əmək bazarının qeyri-rəsmi formalaşması ilə bağlıdır.

Natiq Cəfərli - Sosial Media

İqtisadçının qənaətincə,  Azərbaycan iqtisadiyyatı  elə qurulub ki, vətəndaş biliyini satmaq istədikdə problemlə qarşılaşır: “Buna görə də insanlar arasında tanışlıq, qohumluq vasitəsilə iş tapmaq prinsipi daha geniş yayılıb. Məsələn, 50 yaşlı birinin vəzifəli qohumu zəng etsə, yaşından, biliyindən asılı olmayaraq o adam işlə təmin ediləcək”.

İqtisadçı Rəşad Həsənov digər bir səbəbin bazarda təklifin aşağı düşməsi ilə əlaqədar olduğunu söyləyir.

“Sistem belədir ki, şirkət və müəssisələr vakansiya olduqda məlumatı agentliyə ötürməlidir. Ancaq təbii olaraq daha yaxşı iş yerlərinə müraciət də, təlabat da çox olduğundan şirkətlər bir sıra hallarda özləri prosesi daha sürətli idarə edirlər, yəni işçi tapırlar. Məşğulluq mərkəzi iş yeri yaratmaqla məşğul deyil. İş yerini dövlət, özəl şirkətlər yaratmalıdır. Amma Azərbaycanda özəl sektor zəif inkişaf etdiyindən iş yerləri də çox deyil. Eyni zamanda əmək bazarında rəqabətin də yüksək olması bazar iqtisadiyyatı şərtlərində əhəmiyyətli hesab edilməyən bir struktura müraciətlərin çox olmasına gətirib çıxarır”.

Rəşad Həsənov - Sputnik

“Hökumət qapıları açmalıdır”

Natiq Cəfərli deyir ki, hökumət bu problemi həll etmək üçün son zamanlar müvvəqəti addımlar atsa da, uzun müddətli dövrdə bu vəziyyətə ciddi təsir etməyəcək: “Son zamanlar dövlətin təşəbbüsü ilə sosial iş yerləri adı altında layihələr başladılıb, söhbət 250 manat müqabilində 50 minə yaxın insanın işlə təminatından gedir.  Bu isə əlavə dəyər yaratmır, ancaq işsizliklə bağlı problemin daha da yüksəlməsinin qarşısını alan müvəqqəti addımlardır.  Bu yolla hansısa irəliləyişə nail olmaq mümkün olmayacaq”.

N.Cəfərli ölkədə işsizlik problemini aradan qaldırmaq üçün  problemin həll yolunu iqtisadi institutların formalaşmasında görür, məsələn, rəqabətli iş mühitinin yaradılması üçün xarici şirkətlərin ölkəyə buraxılmalı olduğunu düşünür.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Deputat: Selektiv abortlar baş alıb gedir  

29 Noyabr 2023

Açıq mənbələrdən götürülüb

"Selektiv abortlar baş alıb gedir. Bu, qanunla bu qadağandır. Buna riayət etmək lazımdır" Toplum TV "Trend"-ə istinadən məlumat verir ki, bunu noyabrın 29-da Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentdə müzakirə zamanı deyib. "Azərbaycanda müasir tibbi avadanlıqlar var ki, hamilə vaxtı ən xırda patologiyanı belə aşkara çıxarır. Selektiv abortların qarşısının alınması üçün maarifləndirmə işləri gücləndirilməlidir”, - deyə o əlavə edib. https://toplum.tv/sosial/pazerbaycan-selektiv-aborta-goumlre-duumlnya-birincisi-olaraq-qalirp Milli Məclisdə “Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində” mövzusunda ictimai dinləmə keçirilir. İclasda səhiyyə nazirinin müavini İlqar Qasımov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, əmək və əhalinin sosial müdafiəsi nazirinin mavini Vüsal Nəsirli, deputatlar və digər qonaqlar...
Sosial

Dünya Bankı: Azərbaycan su qıtlığı ilə üzləşəcək

29 Noyabr 2023

Açıq mənbələrdən götürülüb

Azərbaycan qlobal miqyasda baş verən dekarbonizasiyanın təsirinə birbaşa məruz qalan ölkədir. Toplum TV APA-ya istinadən xəbər verir ki, bunu Dünya Bankının Azərbaycan üzrə yeni təyin olunmuş ölkə meneceri Stefanie Stallmeister jurnalistlərə açıqlamasında deyib. https://toplum.tv/sosial/azerbaycanda-su-qitligi-ile-uzlesecek-olkeler-sirasindadir Onun sözlərinə görə, Azərbaycan növbəti illərdə həm su qıtlığı, həm də esktremal isti hava kütləsi ilə üzləşəcək:  “Bu xüsusən kənd təsərrüfatında öz təsirini göstərəcək. Qeyd edim ki, iqlim və inkişaf perspektivləri ilə bağlı hazırlanan hesabat həm ölkələrin inkişaf perspektivlərini təhlil edir, həm də iqlim dəyişikliyi nöqteyi-nəzərindən araşdırmalara imkan verir”. Bundan əvvəl məlum olmuşdu ki, 2040-cı ilədək Azərbaycan ən çox su problemi olan 33 həssas ölkə arasında...

Seçilmiş Videolar

Toplum TV loqo