Açıq mənbələrdən götürülüb
2022-ci ilin 6 ayı ərzində 80-ə yaxın keçmiş məhbus işlə təmin edilib.
Bu barədə Dövlət Məşğulluq Agentliyi "Toplum TV"-nin sorğusuna cavabında bildirib.
Qurumun məlumatına görə, cəzaçəkmə yerlərindən azad olunan şəxslərin məşğulluğunun təmin olunması daim diqqət mərkəzində saxlanılır: "Onlar üçün kvota əsasında iş yerləri ayrılır və işlə təmin olunmalarına kömək göstərilir".
https://toplum.tv/multimedia/hebsden-cixanda-sizi-ne-gozleyir
Agentlikdən bildirilib ki, cari ilin ötən dövrü ərzində 60 nəfər keçmiş məhbus özünüməşğulluq proqramına cəlb edilib.
"Həmin şəxslər məşğulluq orqanları tərəfindən ödənişli ictimai işlər proqramına və ya peşə hazırlığı kurslarına da cəlb edilirlər", - Agentliyin məlumatında qeyd edilib.
Müqayisə üçün qeyd olunan tarixdə neçə nəfərin həbsdən azad olunmasıyla bağlı Penitensiar Xidmətə sorğu göndərsək də, qurum rəsmiləri bu rəqəmlərin xidməti istifadə üçün nəzərdə tutulduğunu əsas gətirərək, məlumatları açıqlamırlar.
Açıq mənbələrdən götürülüb
Nazirlik rejissorlara cavab verdi - Film layihələri yenidən işləndikdən sonra istehsalata buraxılacaq
Açıq mənbələrdən götürülüb
Nağıyevlər ailəsi: Dövlətin və büdcə təşkilatlarının keşiyində
Londondakı Azərbaycan səfirliyinə hücum edənlər kimlərdir? - YENİLƏNİB
Cəmil Həsənli Milli Şuranın sədrliyindən getmək istəyir
Londonda səfirliyə hücum - REAKSİYALAR (yenilənir)
Mustafa Cəmiloğlu: Azərbaycan bizim üçün ruslara yaxın bir ölkədir