FOTO: https://www.nytimes.com/
Madrid şəhərinin bələdiyyəsi görünməmiş qar yağıntıları nəticəsində
paytaxta 1,4 milyard dollarlıq ziyan dəydiyini açıqlayıb.
"Anadolu" agentliyinin yanvarın 14-də verdiyi xəbərə
görə, paytaxt bələdiyyəsi ölkə rəhbərliyinə müraciətində şəhəri fəlakət bölgəsi
elan etməyin zəruri olduğunu qeyd edib.
Bildirilib ki, 8-10 yanvar tarixində paytaxtın mərkəzinə ümimən
1,250 ton qar yağıb, yolları təmizləmək üçün 1 000 ədəd texnika və 8 min canlı
qüvvə cəlb edilib, 33 min ton duz işlədilib.
Bələdiyyə şəhərdəki ağacların 30 faizinə qədərinin ziyan çəkdiyini,
yenidən yaşıllaşdırma işləri üçün 1,5 milyon avroluq vəsaitə ehtiyac yarandığını
bildirib.
Məlumata görə, paytaxta düşən görünməniş qar yağıntıları nəticəsində
Madriddə məktəblər yanvarın 18-dək bağlanıb.
Toplum TV
Açıq mənbələrdən
7 uşaqlı ana: “Demirik ki, bizə ət alsınlar. Deyirik ki, hər ay bir yeşik ərzaq versinlər”
İddia: “Polis kapitanı mənə dedi ki, bu dəqiqə paqonumuzu cırıb başına oyun açacağıq”
Könül Şamilqızı: “Zelenski arı yuvasına çubuq uzadıb”
"Paşinyan hakimiyyəti devrilsə, sərhədlərin açılması Türkiyənin də, Azərbaycanın da ziyanına işləyəcək”
İsa Qəmbər: “Xalq bu cür önəmli məlumatı erməni və rus mətbuatından öyrənməli deyil”