Sosial

İtkin düşən daha bir hərbçinin meyiti tapıldı

1 Oktyabr, 2021
127

Sosial Media

"Döyüşlərin getdiyi ərazilərdə son günlər daha bir meyit tapılıb, hazırda identifikasiyası üzrə işlər davam etdirilir".

APA-nın məlumatına görə, bunu Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, meyitdən DNT analizi götürülüb: "Çox güman ki, itkinlərin sayı 6-ya düşəcək. Bununla bağlı aidiyyəti qurumlarla əməkdaşlığımız davam edir".

Baş prokuror həmçinin qeyd edib ki, Birinci Qarabağ Müharibəsində itkin düşən şəxslərin sayı 4 minə yaxındır.

 "İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra 150-yə yaxın şəxsin meyitini aşkar etmişik. İşğaldan azad olunmuş ərazilərdən onların meyitlərini tapmışıq. Qarşı tərəf də bizə bir neçə nəfərin meyitini təhvil verib", - Kamran Əliyev açıqlaması zamanı deyib. 

Sosial

İşıq və qazın qiyməti qalxdı – hökumət əhaliyə hələ ki, vəd verir

Vüsalə Mikayıl
18 Oktyabr 2021

Açıq mənbələrdən götürülüb

“Yeni tarif qaydaları bütün xidmətlərin, məhsulların qiymətlərində öz əksini tapacaq. Bütün məhsulların maya dəyərində enerji xərcləri mütləqdir və bu, zəncirin bir halqasıdır”. Bunu iqtisadçı ekspert Rəşad Həsənov qaz və elektrik tariflərinə tətbiq edilən yeni qiymət artımını “Toplum TV”-yə şərh edərkən deyib. Oktyabrın 16-da Tarif Şurasının verdiyi qərara əsasən, illik 1200 kubmetrə qədər təbii qazın hər kubmetrinin qiyməti əhali üçün 12 qəpikdən hesablanacaq. İndiyə kimi bu, 10 qəpik idi. Təbii qazın bir kubmetri sənaye və kənd təsərrüfatı sektoru üçün də artıb. Elektrik enerjisinin də əhali üçün tarif diferensiasiyası bahalaşma istiqamətində dəyişib. Yeni tariflər barədə qərar noyabrın 1-dən qüvvəyə minəcək. “Ancaq öz...
Sosial

Baş Prokurorluqdan Sənay Yağmurun işiylə bağlı açıqlama

18 Oktyabr 2021

Sosial Media

Baş Prokurorluq 2004-ci il təvəllüdlü qızın cinsi təcaüzə məruz qalması ilə bağlı məlumat yayıb. Baş Prokurorluğun Mətbuat Xidmətindən oktyabrın 18-də verilən məlumata görə, Sənay Yağumurun (Qəhrəmanlı) cinsi təcavüzə məruz qalması barədə müraciəti əsasında Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə başlanmış cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülüb, istintaqın davam etdirilməsi isə İstintaq idarəsinə həvalə edilib. "Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri həyata keçirilir. Baş Prokurorluq tərəfindən kütləvi informasiya vasitələri və sosial media nümayəndələrinə müraciət edilərək, bu qəbildən olan  həssas mövzularla bağlı etik və qanunvericilik normalarına riayət edilməsi, dəqiqləşdirilməmiş...
Seçilmiş Videolar