Sosial

İtkin düşən hərbçilərin valideynləri aksiya keçirdi

8 Aprel, 2021
83

Turan

Bu gün, aprelin 8-də II Qarabağ Müharibəsi zamanı itkin düşmüş bir qrup hərbçinin valideynləri Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçiriblər. Valideynlər övladlarının axtarışının təşkil edilmədiyini, hökumət rəhbərləri tərəfindən qəbul edilmədiklərini, şikayətlərinə baxılmadığını bildiriblər.  

"Turan"ın xəbərinə görə, etiraz edənlər Azərbaycan prezidenti İlham Əliyevdən, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğandan və Rusiya prezidenti Vladimir Putindən övladlarının taleyinin müəyyən edilməsində köməklik göstərmələrini xahiş ediblər.

Valideynlərin qarşısına baş prokuror Kamran Əliyev çıxıb və onları qəbul edib.

“Mən sizi nə işlər görüləcəyi ilə bağlı məlumatlandıracağam. Bəzi nəticələr də var. Ölkə prezidentinin tapşırığı ilə bu məsələylə bütün əlaqədar dövlət qurumları məşğuldur, işləyirlər”,  - deyə o qeyd edib.

Valideynlər övladlarının Ermənistan tərəfdə əsirlikdə olduğunu güman edirlər.

Müdafiə Nazirliyinin məlumatına görə, İkinci Qarabağ müharibəsində 64 nəfər itkin düşüb. Onlardan bir neçəsinin nəşi son aylarda tapılaraq ailələrinə təhvil verilib.

Sosial

Son sutkada nə qədər insan peyvənd olunub?

10 Aprel 2021
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 41 827 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan aprelin 10-da verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32 886, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8 941 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 153 549, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 739 319, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 414 230 təşkil edir.
Sosial

Koronavirusa bugünkü yoluxma sayı açıqlandı

10 Aprel 2021

Heinrich-Böll-Stiftung

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 192 yeni yoluxma faktı qeydə alınıb, 1 554 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan aprelin 10-da verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 33 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 283 579 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 249 013 nəfər müalicə olunaraq sağalıb, 3 879 nəfər vəfat edib, aktiv xəstə sayı 30 687 nəfərdir. Ölkədə son sutka ərzində 14 912, hazırkı dövrədək isə 3 005 197 test aparılıb.
Seçilmiş Videolar