Sosial

“Jimmy Kimmel Live” Hüseynbala Mirələmovun videosunu sildi

Nigar Səmədli
29 Aprel, 2021
823

Sosial Media

Azərbaycanlı fotoqrafın təşəbbüsü ilə Hüseynbala Mirələmovun videosu Birləşmiş Ştatların populyar Cimmi Kimmel Liv (“Jimmy Kimmel Live”) proqramının rəsmi “yutub” kanalından silinib. 

Bu barədə foto-jurnalist Rəna Əfəndi özünün “Feysbuk” hesabında məlumat verib.

O, sözügedən proqramın komandası ilə əlaqə saxlayaraq qadının müdiri tərəfindən cinsi istismara məruz qaldığı bu videoya görə, ictimai həyatında müxtəlif formalarda təzyiqlərə məruz qala biləcəyini bildirib.

Rəna Əfəndi Azərbaycandakı media qurumlarına da yayılan videonun silinməsi ilə bağlı müraciət edib: “Bu hadisə həmin qadın üçün sadəcə alçaldıcı bir vəziyyət deyil, həm də həyatı üçün təhlükəlidir. Çünki Azərbaycan da daxil olmaqla bir çox ölkələrdə zərərçəkmişi günahlandırma ənənəsi hələ də davam edir”.

Bir müddət əvvəl keçmiş deputat, YAP Xətai rayon təşkilatının sədri H.Mirələmovun katibəsinə qarşı qeyri-etik hərəkətini əks etdirən video yayılmışdı. Hadisədən sonra o, YAP üzvlüyündən çıxarılıb.

Sosial

Nazilik "Meymun çiçəyi" virusu barədə məlumat yayıb

20 May 2022

açıq mənbədən götürülüb

Səhiyyə Nazirliyi son vaxtlar kütləvi şəkildə yayılan “Meymun çiçəyi” virusunun Azərbaycan üçün təhlükəsi olub-olmaması məsələsinə münasibət bildirib. Nazirlikdən “Reporta”a deyilib ki, hazırda həmin virus Azərbaycanda yoxdur və olmaması üçün də yetərincə tədbirlər həyata keçirilir. Nazirliyin mütəxəssis-eksperti, infeksionist Ləman Qalimova qeyd edib ki, “Meymun çiçəyi” nadir virusdur və suçiçəyi xəstəliyinə bənzəyir: “Virusa adətən Qərbi Afrika ölkələrində, xüsusilə də tropik meşələrin yaxınlığında rast gəlinir. Virusun iki əsas ştammı var: Qərbi Afrika və Mərkəzi Afrika. Simptomlara gəlincə, virusun ilk əlamətləri qızdırma, baş ağrısı, şişlik, bel ağrısı, əzələ ağrısı və zəiflik kimi büruzə verir». İnfeksionistin sözlərinə görə, qızdırma azaldıqdan sonra üzdə başlayan səpgilər bədənin digər...
Sosial

Prezident Şuşa Real Məktəbinin bərpasına 1 milyon manat ayırdı

20 May 2022

Wikipedia

Şuşa Real Məktəbi bərpa ediləcək. “president.az”ın məlumatına görə, bununla bağlı İlham Əliyev Sərəncam Sərəncama əsasən, Şuşa şəhərində Şuşa Real Məktəbinin binasının layihələndirilməsi və bərpası məqsədilə Azərbaycan 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılıb. Şuşa Real Məktəbinin əsası 19-cu əsrdə qoyulub. 1992-ci ildə Şuşa işğal olunduqdan sonra Şuşa Realnı məktəbi yandırılıb.

Seçilmiş Videolar

Toplum TV loqo