Sosial Media
"Sərhədsiz reportyorlar" və Jurnalistləri Müdafiə Komitəsi "xeberman.com" saytının redaktoru, yanvarın 6-da koloniyada aclığa başlayan Polad Aslanovun hüquqlarının pozulmasını pisləyiblər. Aclıq aksiyasının səbəbi Ali Məhkəmədə onun şikayətinə baxmaqdan imtina edilməsi, həmçinin yaxınları ilə telefon danışığına qadağa qoyulmasıdır.
"Turan"-ın məlumatına görə, bu barədə təşkilat öz "Tvitter" hesabında yazıb.
2021-ci ilin aprelində dövlətə xəyanət ittihamı ilə 16 il müddətinə mühakimə olunan Aslanov siyasi məhbus kimi tanınıb.
Öz növbəsində, Jurnalistləri Müdafiə Komitəsi "Tvitter"-də Azərbaycan hakimiyyətini Aslanovu dərhal azad etməyə çağırıb.
"Tənqidçi jurnalistin uydurma ittihamlarla azadlıqdan məhrum edilməsi Azərbaycanın Avrasiyada jurnalistlərin aparıcı həbsxanası kimi reputasiyasını daha da dərinləşdirir", - təşkilatın məlumatında deyilir.
Açıq mənbələrdən götürülüb
182 ölkə arasında 121-ci – Azərbaycanda internetin sürəti niyə zəifdir?
Açıq mənbələrdən götürülüb