Sosial

““Kapital Bank”dan bildirdilər ki, xərçəng xəstəsi olduğunuz üçün kartı yeniləyə bilmərik” 

Nigar Səmədli
19 Aprel, 2021
1006

Açıq mənbələrdən götürülüb

““Kapital Bank”dan anama dedilər ki, xərçəng xəstəsi olduğunuz üçün kredit kartınızı yeniləyə bilmərik”.

Bunu “Toplum TV”-yə Türkan Quliyeva deyib.

Şikayətçi bildirir ki, aprelin 13-də anası “Kapital Bank”ın Yasamal filialına “BirKart” kredit kartının müddətini uzatmaq üçün müraciət edib. Bankın əməkdaşı isə müştərinin xərçəng xəstəsi olduğu üçün kartı yeniləyə bilməyəcəyini bildirib: “Bu kartı anama elə xəstəliyi dövründə satıblar və hətta kartın limitini də artırıblar. Amma sistemdə onun xəstəliyə görə əllik təqaüdü almasıyla bağlı informasiyanı görəndən sonra xidməti dayandırıblar. Yəni həm ikinci qrup əlilə, həm xərçəng xəstəsinə qarşı diskriminasiya ediblər. Açıq-aşkar deyiblər ki, səbəb anamın xəstəliyidir”.

T.Quliyeva bununla bağlı bank rəhbərliyinə şikayət etdiklərini, amma verilən cavabın onları qane etmədiyini bildirib: “Hadisəni bank əməkdaşının kobudluğu kimi qələmə verməyə çalışdılar, ancaq biz qəti şəkildə bununla razı deyilik. O əməkdaşın heç bir günahı yoxdur. Problem bankın prosedurlarındadır, çünki əməkdaş çox mədəni formada və çəkinə-çəkinə müdriyyətin tələbin bizə bildirib. İstəyimiz bu hadisəni başqalarının da yaşamamasıdır”. 

“Kapital Bank”ın onlayn əlaqə üzrə kuratoru Ülvi Xəlilovun sözlərinə görə, kredit kartı və ya kredit verəndə müştərinin səhhəti ilə bağlı proseslər qeydə alınır. Prosesinin təyinatı buna nəzərən dəyişə bilir. Əgər əməkdaşımız tərəfindən kobudluq edilibsə, bununla bağlı, təbii ki, lazımi tədbirlər görüləcək”. 

“Kapital Bank”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinovsa məsələnin araşdırıldığını bildirib: “Müştəri məlumatlarının konfidensiallığı qaydasına uyğun olaraq şəxsi məlumatları yalnız onun özünə təqdim edilə bilər. Müraciətlə bağlı araşdırmanın nəticəsi müştərinin özünə təqdim olunub”. 

Qadir İbrahimli - Musavat.com

İqtisadçı-ekspert Qadir İbrahimli “Toplum TV”-yə açıqlamasında bankın imtina qərarının qanunsuz olduğunu bildirib: “Bankla müştəri arasında imzalanan ilk müqavilədə səhhətlə bağlı məsələ öz əksini tapmayıbsa, bank qanunsuz qərar çıxarıb”. 

Türkan Quliyeva qeyd edir ki, anası ilk kartı xəstəliyinin ən ağır dövründə alıb: “Onda anamın səhhəti ilə bağlı heç bir sual verilməmişdi. Belə yanaşma yeni ortaya çıxıb və bunun qeyri-rəsmi olduğunu öyrənmişəm”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Tarif Şurası bəzi dərmanların da qiymətini artırıb

31 Yanvar 2023

Açıq mənbələrdən götürülüb

Tarif Şurası 48 dərman vasitəsinin qiymətini təsdiq edib, 31-nin qiymətini artırıb Toplum TV xəbər verir ki, müvafiq qərar qurumun bu gün, yanvarın 31-də keçirilən iclasında qəbul olunub.  Bildirilir ki, bu qərar nəticəsində ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiyməti təsdiq edilmiş dərman vasitələrinin sayı 13 690 təşkil edir. Onların tam siyahısı Tarif Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib. https://toplum.tv/sosial/pmetro-ve-marsrut-avtobuslarinda-gedis-haqqi-artirildip Tarif Şurası bu gün həmçinin metro və marşrut avtobuslarında gediş haqqının artırılması barədə də qərar çıxarıb.  Aparılan müzakirələrdən sonra 10 qəpik artırılmaqla metroda sərnişindaşıma tarifi 1 gediş üçün...
Sosial

Metro və marşrut avtobuslarında gediş haqqı artırıldı

31 Yanvar 2023

Açıq mənbələrdən götürülüb

Metroda və şəhərdaxili avtobus marşrutlarında gedişhaqqı 10 qəpik artırılıb.  Toplum TV xəbər verir ki, qiymət artımı barədə Tarif Şurasının bu gün, 31 yanvarda keçirilən iclasında qəbul olunub.  Qiymətin artımına səbəb kimi ehtiyat hissələrinin idxal qiymətinin və təmir xərclərinin artmasının sərnişindaşımada maya dəyərinə ciddi təsiri, daşıyıcı şirkətlərin maliyyə vəziyyəti, avtobus parklarının yenilənməsi və xidmətin davamlılığının təmin edilməsi göstərilib.  https://toplum.tv/multimedia/azerbaycanda-dermanlar-niye-bahadir Aparılan müzakirələrdən sonra 10 qəpik artırılmaqla metroda sərnişindaşıma tarifi 1 gediş üçün 40 qəpik, ölkə üzrə tarifin yuxarı həddi şəhərdaxili avtobus marşrutlarında 40 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 0,40-1,00 manat təsdiq edilmişdir. Şəhərlərarası avtobus marşrutlarında isə tarifin...

Seçilmiş Videolar

Toplum TV loqo