açıq mənbədən götürülüb
Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsləri barəsindəki hökmdən verilmiş şikayətlə bağlı qərar elan olunub.
APA-nın xəbərinə görə, Gəncə Apellyasiya Məhkəməsində icra başçısı Məharət Mustafayev, İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin sabiq rəisi Əli Rüstəmov və sahibkar Razin Qəhrəmanov barəsində şikayətlərin təmin olunmadığı elan olunub.
Qərara görə, birinci instansiya məhkəməsinin hökmü qismən dəyişdirilib, Məharət Mustafayev və Əli Rüstəmlinin cəzası 1 il azaldılaraq 3 ilə endirilib.
Razin Qəhrəmanov barəsindəki hökm isə qüvvədə saxlanılıb.
Məhkum şəxslərin həbs müddəti saxlandıqları gündən (2020-ci il 23 avqust) hesablandığı üçün yekun olaraq hər birinin 1 il 3 ay çəkilməmiş cəza müddəti qalıb.
Məharət Mustafayev və digərləri Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyatla həbs olunublar. Təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərini aşma), 178.3.2-ci (dələduzluq), 178.2.4, 178.2.2, 178.2.3-cü, 311.3.1-ci (rüşvət alma), 311.3.1, 311.3.2, 312.2-ci (rüşvət vermə), 314-cü (Qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə) maddələri ilə yekun ittiham verilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məharət Mustafayev və Əli Rüstəmov Cinayət Məcəlləsinin 62-ci (sanksiya həddindən aşağı cəza təyin etmə) maddəsi tətbiq edilməklə 4 il müddətinə azadlıqdan məhrum ediliblər. Razin Qəhrəmanova isə 10 min manat cərimə cəzası təyin edilərək barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilib.
Məhkəmə Hüquq Şurası: “Qadınların sayı ilə bağlı qanunda xüsusi kvota yoxdur"
Açıq mənbələrdən götürülüb
Kulyokda sümüklərini verdilər, basdırdıq – Ölümünü saxtalaşdıran adamın kəndindən reportaj
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?