Sosial

Kəlbəcərdə atışma olub

10 İyun, 2021
72

Azərbaycan Müdafiə Nazirliyi iyunun 10-da Ermənistan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən Azərbaycan silahlı qüvvələrinin bölmələrinə atəş açdığını açıqlayıb.

Məlumatda bildirilir ki, Azərbaycan silahlı qüvvələrinin şəxsi heyəti arasında həlak olan və ya yaralanan yoxdur.

"Bu fakt bir daha onu sübut edir ki, Ermənistan tərəfi seçki öncəsi qəsdən iki ölkənin dövlət sərhədi istiqamətində vəziyyəti gərginləşdirmək və hərbi təxribatlar törətmək siyasətini davam etdirir.

Baş vermiş hadisəyə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür".

Ermənistan Müdafiə Nazirliyi isə atəşin Azərbaycan tərəfdən açıldığını açıqlayıb. Ermənistan tərəfinin iddiasına görə, Azərbaycan silahlı qüvvələri bu ölkənin Geqarkunik vilayətinin sərhəd hissəsində mühəndislik işləri aparmağa çalışıb.

Ermənistan Silahlı Qüvvələri əks-tədbirlər görərək qarşı tərəfi işləri dayandırmağa məcbur etdiyindən Azərbaycan hərbçiləri erməni mövqelərinə atəş açıb.

Ermənistan MN də itki olmadığını açıqlayıb.

Sosial

Koronavirus statistikası: Azərbaycan

20 İyun 2021

Açıq mənbələrdən götürülüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 56 yeni yoluxma faktı qeydə alınıb, 88 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan iyulun 20-də verilən məlumata görə, “COVID-19”dan 1 nəfər vəfat edib. Rəsmi məlumata görə, indiyədək ölkədə ümumilikdə 335 493 nəfərin koronavirus infeksiyasına yoluxub, onlardan 329 550 nəfər müalicə olunaraq sağalıb, 4 962 nəfər vəfat edib, aktiv xəstə sayı 981nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 581, ötən müddət ərzində isə ümumilikdə 3 675 862 test aparılıb.
Sosial

Tozlu hava 2 gün davam edə bilər

20 İyun 2021

Sputnik.az

İyunun 20-də səhər saatlarından Bakıda toz-dumanı müşahidə olunur. Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, toz dumanı Bakı və Abşeron yarımadasında cənub-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəyə daxil olub. Peyk görüntülərinə əsasən havada müşahidə olunan toz hissəciklərinin transsərhəd xarakter daşıdığı deyilir. Xidmət qeyd edir ki, hazırda Bakı şəhərində havada tozun miqdarı normadan 1.9 dəfə çoxdur. Belə tozlu havanın meteoroloji şəraitdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi proqnozlaşdırılır.
Seçilmiş Videolar