Sosial
Kimya üzrə Nobel mükafatçısı azərbaycanlı qızın təhsili üçün pul köçürdü
23 Noyabr, 2020
Baxış: 193
Kimya üzrə Nobel mükafatının qalibi, ABŞ-da yaşayan türkiyəli alim Əziz Səncər Ermənistanın 17 oktyabr tarixində Gəncəyə raket atəşi nəticəsində hər iki valideynini itirmiş Xədicə Röyal qızı Şahnəzərovanın gələcək təhsil xərclərinin ödənilməsi məqsədilə xüsusi olaraq yaradılmış bank hesabına vəsait köçürüb.

Toplum.Tv xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyi "Report.az" saytına məlumat verib. 

Əziz Səncər Xədicənin həyatında baş vermiş bu faciəvi hadisədən kədərləndiyini və müharibədən əziyyət çəkmiş belə uşaqların yüksək səviyyədə təhsil almaları üçün müvafiq təhsil fondlarının yaradılmasının faydalı ola biləcəyini vurğulayıb.

Ermənistanın oktyabrın 17-də gecə saatlarında Gəncə şəhərini raket atəşinə tutması nəticəsində Şahnazərovlar ailəsinin yaşadığı ev dağılıb. Ermənistan ərazisindən atılan raketin yaratdığı dağıntılar altından ailənin yalnız bir üzvü - 2017-ci il təvəllüdlü Xədicə Şahnazərova sağ çıxarılıb.

Azyaşlı qızın atası Röyal, anası Züleyxa və yaşyarımlıq bacısı Məryəm isə erməni terrorunun qurban olublar. 
Sosial

Müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təmin olunması barədə sərəncam verildi

25 Yanvar 2021
Prezident İlham Əliyev yanvarın 25-də Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aşağıdakı şəxslərin (ailələrin) 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirmək tapşırılıb: - 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi...
Sosial


Neft quyusunun üstündə yaşadıqları üçün qazsız qalanlar

25 Yanvar 2021

Report.az

Bakının Balaxanı qəsəbəsindəki Sabit Rəhman küçəsinin sakinləri evlərinə qaz xəttinin çəkilməməsindən şikayətçidirlər.  Şikayətçilərdən biri İlqar Hüseynov “Toplum TV”- yə deyir ki, 300 metr aralıdakı küçədə yaşayanların evlərinə təbii qaz verilir, amma onlara yox. O, bir sıra dövlət qurumlarına müraciət etdiklərini, amma pronlemin həll olunmadığını söyləyir: “Bu küçə 15 ildir məskunlaşıb. İşıq və su var, amma təbii qaz yoxdur. Dəfələrlə bələdiyyəyə,  icra hakimiyyətinə, icra nümayəndəsinə müraciət etmişik. Milli Məclisə məktub yazmışıq. Cavab olaraq bildirdilər ki, pul yığın, öz hesabınıza çəkdirin”. Şikayətçinin iddiasına görə, təbii qazın çəkilişi üçün onlardan 10 min manat istənilib: “İndiki zamanda kimdə o qədər pul var? Hər ailədə...
Seçilmiş Videolar