Açıq mənbələrdən götürülüb
Kino Agentliyinin hüquqi statusu müəyyənləşib.
Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edib.
Azərbaycan Respublikasının Kino Agentliyi publik hüquqi şəxsi Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısına daxil edilib.
Nazirlər Kabinetindən qərara verilən şərhdə bildirilib ki, Prezidentin 2022-ci il 20 aprel tarixli 1667 nömrəli Fərmanı ilə Mədəniyyət Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxs yaradılıb. Bundan irəli gələrək, Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısında “publik hüquqi şəxslər” bölməsi yaradılaraq agentlik bu bölməyə əlavə edilib.
Açıq mənbələrdən götürülüb
Nazirlik rejissorlara cavab verdi - Film layihələri yenidən işləndikdən sonra istehsalata buraxılacaq
Açıq mənbələrdən götürülüb
Nağıyevlər ailəsi: Dövlətin və büdcə təşkilatlarının keşiyində
Londondakı Azərbaycan səfirliyinə hücum edənlər kimlərdir? - YENİLƏNİB
Cəmil Həsənli Milli Şuranın sədrliyindən getmək istəyir
Londonda səfirliyə hücum - REAKSİYALAR (yenilənir)
Mustafa Cəmiloğlu: Azərbaycan bizim üçün ruslara yaxın bir ölkədir