Sosial

Kiprdə yaşayan türkoloq alim:  “Kitabımı Qarabağ müharibəsi şəhidlərinə ithaf etmişəm”

18 İyun, 2021
2924

Toplum TV

Şimali Kiprdə yaşayan azərbaycanlı türkoloq-alim, Girne Amerikan Universitetinin Türk dili kafedrasının müdiri Elza Alışova Dəmirdağın “Azerbaycan türkçesi söz dizimi” (“Azərbaycan türkcəsinin sintaksisi”) kitabı çap olunub.  

“Toplum TV” fəaliyyəti və yeni kitabı ilə bağlı onunla söhbət edib.  

- Elza xanım, əvvəlcə özünüz haqqında - Şimali Kiprə gedənə qədərki həyatınız haqqında danışmağınızı istəyirəm.  

- Cəbrayılın Böyük Mərcanlı kəndində doğulmuşam, 14 yaşıma qədər orada yaşamışam. 1993-cü ildə torpaqlarımız erməni qəsbkarları tərəfindən işğal olunandan sonra Saatlı rayonu Qara-Nuri kəndinə yerləşmişik, orta məktəbi orda bitirmişəm. 2001-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyatı ixtisasını bakalavr, 2003-cü ildə isə həmin universitetin ümumi dilçilik ixtisasının magistr dərəcələrini fərqlənmə diplomları ilə bitirmişəm. Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsində aspirantura təhsilimi davam etdirmişəm, 2014-cu ildə ordan filologiya üzrə fəlsəfə doktoru kimi məzun olmuşam. 1998-2006-cı illərdə Azərbaycanda “Üç nöqtə”, “Mərkəz”, “Vətəndaş Həmrəyliyi”, “Xalq Cəbhəsi”, “Cümhuriyyət”, “Yeni Müsavat”, “Bakı-Xəbər” və digər qəzetlərdə işləmişəm. “Azərbaycan Naminə” İctimai Forum və “Yeni Siyasət” seçki blokunun Mətbuat Xidmətinin rəhbəri, Seçici Qadınlar Liqasının sədri vəzifələrində çalışmışam. 2007-ci ildə ailə quraraq Şimali Kipr Türk Cümhuriyyətinin Lefkoşa şəhərinə köçmüşəm. 2014-cü ildən etibarən Girne Amerikan Universitetinin təhsil fakültəsinin Türk dili kafedrasının müdiri kimi fəaliyətimi burada davam etdirirəm. 

- Başqa bir ölkədə Azərbaycan türkcəsiylə bağlı kitab yazmaq fikri necə yarandı?  

- Türkiyədə Azərbaycan dilinin qrammatikası ilə bağlı müxtəlif araşdırmalar aparılsa da, sintaksis sahəsinə geniş yer verilməyib. Bu mənim diqqətimi çəkdi. Əslində, digər türk dilləri ilə bağlı tədqiqatlar yetərincədir. Amma Azərbaycan türkcəsi o qədər də geniş örənilməyib. Bəlkə də Azərbaycan Türkiyəyə daha yaxın sayıldığı üçün belə bir araşdırmaya ehtiyac olmayıb. Digər tərəfdən, indiyədək işıq üzü görən kitablar Türkiyə türkcəsi qrammatikasına uyğun olaraq yazıldığı üçün Azərbaycan dilinin qrammatıkasını tam olaraq əks etdirmir. Bu sahədə geniş boşluq olduğunu görüb bu kitabı yazmaq qərarına gəldim. Məqsədim sadəcə Azərbaycan türkcəsinin sintaksisini araşdırmaq deyil, eyni zamanda, iki yaxın dil arasındaki bənzərlik və fərqliliklərə diqqət çəkməkdir. Hər nə qədər yaxın, eyni köklü dillər olsa da, fərqlər kifayət qədərdir. Kitabda bütün bunlara geniş yer verilib.  

- Ən çox nələrə diqqət çəkmisiz? 

- Bu, Türkiyədə Azərbaycan dilinin sintaksisi haqqında yazılan ilk kitabdır. Azərbaycan türkcəsinin sintaksisini ətraflı araşdırıb Türkiyə türkcəsinin sintaksisi ilə müqayisə etmişəm, bunun üçün orijinal əsərlərdən seçdiyim nümunələrdən istifadə etmişəm. Həm Azərbaycan, həm də Türkiyə türkcəsinin sintaksisinə aid fərqli fikirləri kitaba daxil etmişəm. Qarşılaşdırmanın daha səmərli olması üçün hər iki dildə sintaksislə bağlı yazılan kitapların hamısını araşdırmışam. Türkiyə türkcəsinin qrammatikasında mövcud olan üsuldan istifadə etsəm də, Azərbaycan türkcəsinin sintaksisindəki özəlliklərə də yer vermişəm. Bununla da tədqiqatın ikitərəfli olmasını təmin etmişəm. Beləliklə, hər iki dilin sintaksisindəki oxşarlıq və fəqliliklər daha açıq bir şəkildə ortaya çıxıb. Bu kitab Türkiyədə Azərbaycan türkcəsi sintaksisindən bəhs edən ən geniş miqyaslı tədqiqat əsəridir. Kitab yeddi fəsildən ibarətdir: sintaksisin tədqiqat sahəsi, Azərbaycan türkcəsi sintaksisində sintaksis əlaqələri, söz birləşmələri, cümlə və üzvləri, cümlə və növləri, mürəkkəb sintaktik bütövlər və durğu işarələri. 
 
- Araşdırmanızda iki dil arasındakı əsas hansı fərqlər ortaya çıxdı?  

- Bəzi sintaksis terminlərinin türk dilində qarşılığının olmadığını gördüm. Ümumiyyətlə götürəndə, Azərbaycan türkcəsinin sintaksisi ilə Türkiyə türkcəsinin
sintaksisinin tədqiqat sahələri bir az fərqlidir. Azərbaycan sintaksisində söz birləşmələri sintaksis əlaqələrə görə təsnif olunduğu halda, Türkiyə türkcəsində belə bir üsul mövcud deyil. Bu fərqlilik özünü terminilogiyada da göstərir. Bunu nəzərə alaraq kitaba iki dilin sintaksis terminlərinin lüğətini də əlavə etdim. İki dil arasındaki anlaşılmayacaq sintaksis terminlərinin Türkiyə türkcəsində qarşılığını yazdım. Düşünürəm ki, kitap nəinki Azərbaycan türkcəsinin sintaksisi ilə bağlı araşdırma aparacaq tədqiqatçılara yol göstərəcək, eyni zamanda, kitabdan geniş oxucu kütləsi də yararlana biləcək.  

Daha bir vacib məqamı qeyd etmək istəyirəm. Kitabımı Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinə ithaf etmişəm. Doğulduğum torpaqlar işğal olunanda mənim 14 yaşım vardı. 30 ilə yaxın düşmən tapdağı altında qalan ərazilərimizi Azərbaycan ordusunun igid əsgərləri öz canları, qanları bahasına azad etdilər. Şəhidlərə olan borcumuzu ödəmək əsla mümkün deyil. Doğma torpağımı öz canı hesabına geri alan şəhidlərimizə mən də kitab ərməğan eləmək istədim. Bütün şəhidlərimizin ruhları qarşısında baş əyirəm… 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo