Sosial

Köln Universitetinin həkimi: “Ola bilər ki, ikinci nəsil peyvəndə ehtiyac qalmasın”

Aytac Məmmədli
4 Mart, 2021
166

APA

"Ola bilsin, ikinci nəsil peyvəndə ehtiyac qalmasın. Amma bunun üçün peyvənd vurdurmaq lazımdır. Əgər insanlar bu məsələyə həssas yanaşsalar, böyük ehtimal, ikinci nəsil peyvənd istehsal etmək lazım gəlməyəcək".

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının əməkdaşı, tibb elmləri doktoru Nuran Abdullayev “Toplum TV”-yə belə deyib. 

Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb ki, indiyədək Azərbaycanda 337,315 nəfər koronavirusa qarşı vaksin vurdurub. 

Nuran Abdullayev deyir ki, peyvəndsiz pandemiyaya qalib gəlmək mümkün deyil: “Əvvəllər deyilirdi ki, virusda özü-özünü yoxa çıxara biləcək mutasiyalar baş verə bilər, amma əksi oldu. Yəni yoluxmanı daha da artıracaq mutasiyalar baş verdi. Ona görə də insanlar bilməlidir ki, vaksinasiyada iştirak etmək hər kəs üçün vacibdir”.

Onun dediyinə görə, istər Azərbaycanda, istərsə də Avropa ölkələrində istifadə olunan vaksinlər kifayət qədər effektivdir: "Birinin digərindən daha yaxşı olduğunu demək düzgün deyil. Vaksinlərin hamısı ağır kliniki gedişlərdən az qala 100% qoruyur. Selikli qişa immuniteti yaradacaq peyvəndlər çıxana qədər birinci nəsil peyvəndlərin məqsədi də elə bu idi. Son elmi tədqiqatlar da göstərir ki, peyvəndlənən adam ətrafındakı insanları da qoruyur”. 

N.Abdullayev deyir ki, peyvənd vurduranlar virusa yoluxsa, xəstəlik ağır keçməyəcək: "O, virusu başqasına ötürsə də, xəstəlik hiss edilməyəcək dərəcədə yüngül keçir, bəzən də zəif mutasiya edir". 

Həkim deyir ki, vaksinasiyanın dinamikası ölkə üçün zəif olsa da, Azərbaycan hökuməti üzərinə düşən vəzifəni maksimum icra etməyə çalışır: “Xatırlayırsınızsa, insanların bir qismi keçən il bu vaxt virusa inanmırdılar. Məncə, həmin insanların müəyyən qismi hətta peyvəndin təsirinə də şübhəylə yanaşır. Bu da heç yaxşı hal deyil. Onlar bilməlidirlər ki, vaksinasiyada maksimum iştirak etmək normal həyata qayıtmağı tezləşdirəcək”. 
 

Sosial

Son sutkada nə qədər insan peyvənd olunub?

10 Aprel 2021
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 41 827 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan aprelin 10-da verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32 886, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8 941 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 153 549, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 739 319, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 414 230 təşkil edir.
Sosial

Koronavirusa bugünkü yoluxma sayı açıqlandı

10 Aprel 2021

Heinrich-Böll-Stiftung

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 192 yeni yoluxma faktı qeydə alınıb, 1 554 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan aprelin 10-da verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 33 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 283 579 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 249 013 nəfər müalicə olunaraq sağalıb, 3 879 nəfər vəfat edib, aktiv xəstə sayı 30 687 nəfərdir. Ölkədə son sutka ərzində 14 912, hazırkı dövrədək isə 3 005 197 test aparılıb.
Seçilmiş Videolar