Sosial

Komitə sədri: Azərbaycanda donor bankı yaradılıb

19 May, 2022
179

"THINKSTOCK"

"Artıq Azərbaycanda donor bankı yaradılıb, ölkədə orqan və transplantasiya həyata keçirəcək klinikaların adları təsdiq olunub, mütəxəssislərin hazırlığına başlanılıb".

APA-nın məlumatına görə, bunu, Milli Məclisin Səhiyyə komitəsinin mayın 19-da baş tutan iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.

Əhliman Əmiraslanov qeyd edib ki, “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Qanun komitə tərəfindən hazırlanıb və Prezident İlham Əliyev tərəfindən təsdiq olunub.

Komitə sədrinin sözlərinə görə, sənədin işləməsi üçün Nazirlər Kabinetinin Sərəncamı var.

O bildirib ki, donor sahəsində Türkiyə ilə əməkdaşlıq nəzərdə tutulub.

Sosial

Məhkəmə Hüquq Şurası: “Qadınların sayı ilə bağlı qanunda xüsusi kvota yoxdur"

Samirə Əli
6 İyul 2022
Əvvələr qadınlar hakim korpusunun 17 faizini təşkil edirdisə, indisə bu faizin 20-ə qalxdığı bildirilir.  Bu barədə "Toplum TV"-yə Məhkəmə Hüquq Şurasından bildirilib.  Prezident İlham Əliyevin bu ilin iyulun 1-də imzaladığı sərəncama görə, 39 nəfər yeni nəsil hüquqşünas hakim vəzifəsinə təyin edilib.  Bunlardan 23-ü qadın, 16-sı kişi olub.  “Qadınların sayının artırılması ilə bağlı qanunvericilikdə xüsusi kvota yoxdur. Sadəcə, qadınlar son dövrlərdə seçim proseslərində daha aktiv iştirak edirlər”, - deyə qurumdan əlavə edilib.  Təyinatdan sonra Azərbaycanda ümumilikdə 565 hakim var.  Bunlardan 453-ü kişi, 112-si qadındır.  
Sosial

Qurbаn bаyrаmı namazının qılınacağı vaxt açıqlandı

6 İyul 2022

Açıq mənbələrdən götürülüb

Azərbaycanda Qurbаn bаyrаmı namazının qılınacağı vaxt açıqlanıb.  Bu barədə Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının yaydığı məlumatda bildirilib.  AMEA Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq Qurbаn bаyrаmı Zül-hiccə ayının 10-na – Miladi təqvimlə 9 iyul tarixinə təsadüf edəcək.  Qurban kəsimi 9 iyul tarixindən başlayaraq, 3 gün davam edə bilər: İyul ayının 9-da məscidləridə birgə Bayram namazları qılınacaq.

Seçilmiş Videolar

Toplum TV loqo