Sosial

Koronavirus statistikası: Azərbaycan

20 İyun, 2021
76

Açıq mənbələrdən götürülüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 56 yeni yoluxma faktı qeydə alınıb, 88 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan iyulun 20-də verilən məlumata görə, “COVID-19”dan 1 nəfər vəfat edib.

Rəsmi məlumata görə, indiyədək ölkədə ümumilikdə 335 493 nəfərin koronavirus infeksiyasına yoluxub, onlardan 329 550 nəfər müalicə olunaraq sağalıb, 4 962 nəfər vəfat edib, aktiv xəstə sayı 981nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 581, ötən müddət ərzində isə ümumilikdə 3 675 862 test aparılıb.

Sosial

İki dəfə vaksin vurduranların sayı 2 milyonu keçdi

29 İyul 2021

BBC

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 84 247 vaksin vurulub. Bu barədə iyulun 29-da Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Qeyd edilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 46 638, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37 609 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 798 286, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı2 777 752, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 020 534 təşkil edir.
Sosial

Son sutkada yoluxanların sayı

29 İyul 2021

Sosial Media

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 615 yeni yoluxma faktı qeydə alınıb, 181 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 342 548 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 332 574 nəfər müalicə olunaraq sağalıb, 5 019 nəfər vəfat edib. 4 955 nəfər aktiv xəstə sayını təşkil edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 423, bu günə qədər isə ümumilikdə 4 014 073 test icra olunub.
Seçilmiş Videolar