Sosial

Koronavirus statistikası: Azərbaycan 

23 Yanvar, 2021
73

Bbc

Azərbaycanda koronavirus infeksiyasından 705 nəfər müalicə olunaraq sağalıb, 162 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan yanvarın 23-də verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

Hazırkı dövrədək 228 min 688 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 219 min 724 nəfər müalicə olunaraq sağalıb, 3072 nəfər vəfat edib. Aktiv xəstə sayı 5892 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 354 min 473 test aparılıb. Bugünkü test sayı isə 6522-dir.

Sosial

Təhsil Nazirliyinin rəsmisi: “Bəzi valideynlər övladlarını olimpiadalardan uzaqlaşdırmağa çalışırlar”

Nuranə Atakişiyeva
4 Mart 2021

"Report"

“Toplum TV” Təhsil Nazirliyinin lisey, gimnaziya və özəl ümumtəhsil müəssisələrilə iş sektorunun müdiri Fuad Qarayevlə şagirdlərin beynəlxalq fənn olimpiadalarına hazırlıq şəraiti haqqında danışıb. - Şagirdlər Beynəlxalq Fənn Olimpiadalarına necə hazırlaşdırılır? Seçim şərtləri necədir? Beynəlxalq olimpiadalara hazırlıq üçün Təhsil Nazirliyinin tabeliyində olan, Bakı şəhərində yerləşən iki liseydə - fizika, riyaziyyat, informatika təmayüllü və kimya-biologiya təmayüllü liseylərdə bütün yaş qrupları üzrə, Sumqayıt şəhərində yerləşən texniki və təbiət elmləri təmayüllü liseydə isə aşağı yaş qrupu üzrə fəaliyyət göstərən 3 mərkəzimiz var. Bu mərkəzlərə şagirdlər əsasən hər il nazirliyin  6-7-ci siniflər arasında keçirdiyi fənn müsabiqələrinin və 9-11-ci siniflər arasında keçirilən respublika fənn olimpiadalarının nəticələrinə...
Sosial

Köln Universitetinin həkimi: “Ola bilər ki, ikinci nəsil peyvəndə ehtiyac qalmasın”

Aytac Məmmədli
4 Mart 2021

APA

"Ola bilsin, ikinci nəsil peyvəndə ehtiyac qalmasın. Amma bunun üçün peyvənd vurdurmaq lazımdır. Əgər insanlar bu məsələyə həssas yanaşsalar, böyük ehtimal, ikinci nəsil peyvənd istehsal etmək lazım gəlməyəcək". Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının əməkdaşı, tibb elmləri doktoru Nuran Abdullayev “Toplum TV”-yə belə deyib.  Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb ki, indiyədək Azərbaycanda 337,315 nəfər koronavirusa qarşı vaksin vurdurub.  Nuran Abdullayev deyir ki, peyvəndsiz pandemiyaya qalib gəlmək mümkün deyil: “Əvvəllər deyilirdi ki, virusda özü-özünü yoxa çıxara biləcək mutasiyalar baş verə bilər, amma əksi oldu. Yəni yoluxmanı daha da artıracaq mutasiyalar baş verdi. Ona görə də insanlar...
Seçilmiş Videolar