Sosial

Koronavirus statistikası: Azərbaycan, Ermənistan, Gürcüstan

21 İyul, 2021
464

Açıq mənbələrdən götürülüb

Azərbaycanda koronavirus (“COVID-19”) infeksiyasına 225 yeni yoluxma faktı qeydə alınıb, 108 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bu gün “COVID-19”-dan 4 nəfər vəfat edib.

Ölkədə ümumilikdə 339 062 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 537 nəfər müalicə olunaraq sağalıb, 4998 nəfər vəfat edib, aktiv xəstə sayı 2527 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6593, ötən müddət ərzində isə ümumilikdə 3 935 913 test aparılıb.

Son sutkada koronavirus əleyhinə 15 025 vaksin vurulub.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5452, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9573 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 398 900, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 597 118, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 801 782 təşkil edir.

Ermənistanda son sutkada 220 nəfər yoluxub, 56 nəfər sağalıb, 1 nəfər isə ölüb.

Gürcüstanda isə bu gün 2415 yeni yoluxma qeydə alınıb.

Sosial

Azərbaycanda koronavirusa yoluxmaların sayı 700-ü keçdi

17 Avqust 2022

Açıq mənbələrdən götürülüb

Azərbaycanda son gündə 710 nəfər koronavirusa yoluxub. Bu barədə avqustun 17-də Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.  Bildirilib ki, 503 nəfər müalicə olunaraq sağalıb, ölüm halı qeydə alınmayıb. https://toplum.tv/sosial/tebib-resimisinin-muemmali-aciqlamasi-payizda-karantin-tetbiq-edilecek Ölkədə bu günədək ümumilikdə 806 472 nəfər koronavirusa yoluxub. Onlardan 793 268 nəfər müalicə olunaraq sağalıb, 9 777 nəfər ölüb, hazırda aktiv xəstə sayı 3 427 nəfərdir. Son gün ərzində 4852, hazırkı dövrədək isə 7 106 376 test aparılıb.
Sosial

182 ölkə arasında 121-ci – Azərbaycanda internetin sürəti niyə zəifdir?

Roza Məmmədova
17 Avqust 2022

Açıq mənbələrdən götürülüb

Bu ilin iyul ayında Azərbaycanda sabit genişzolaqlı internetin orta sürəti 20,89 MB/S olub, bu göstərici ilə Azərbaycan ölkələrin qlobal reytinq siyahısında 121-ci yerdə qərarlaşıb. Halbuki iyun ayında Azərbaycan siyahıda 3 pillə irəlidə idi. İnformasiyanı sabit genişzolaqlı internetin sürəti ilə bağlı dünyanın 182 ölkəsində araşdırma aparan  “Speedtest Global Index” yayıb. Sabit genişzolaqlı internetin sürətinə görə dünya ölkələri arasında ilk pillədə Çili (212,98 MB/S), sonuncu pillədə Əfqanıstan (1,85 MB/S) qərarlaşıb. Türkiyə 106, Özbəkistan 86, Qırğızıstan 78, Rusiya 49-cu yerlərdədir. Hazırda müharibə şəraitinin mövcud olduğu Ukrayna isə 61-ci yerdədir. Azərbaycan mobil internetin sürətinə görə ölkələrin qlobal reytinq siyahısında da 2 pillə geriləyib və...

Seçilmiş Videolar

Toplum TV loqo