Sosial

Koronavirus statistikası: Gürcüstan və Ermənistan

18 May, 2021
146

Agenda.ge

Gürcüstanda ötən sutkada koronavirusa 1 562 yeni yoluxma faktı təsdiqlənib, 1 490 nəfər sağalaraq evə buraxılıb, 30 pasiyent vəfat edib.

Hökumətin pandemiya ilə bağlı xüsusi rəsmi saytında  mayın 18-də verilən məlumata görə, ölkədə bu günə kimi ümumilikdə 332 441 nəfər COVID-19 infeksiyasına yoluxub. Onların 312 349-u sağalıb, 4 499-u isə ölüb.

Ötən 24 saat ərzində 29 685 test yoxlaması həyata keçirilib.

Ermənistanda isə son sutkada koronavirusa 212 yoluxma qeydə alınıb.

"Sputnik Ermənistan"ın mayın 18-də verdiyi məlumata görə, virusa yoluxanların sayı 221 139-a çatıb. Məlumata görə, ölkədə son sutkada daha 13 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 4346-ya yüksəlib.

Koronavirusa yoluxan 209 222 nəfər sağalıb. Hazırda 6 507 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.

Sosial

Tozlu hava 2 gün davam edə bilər

20 İyun 2021

Sputnik.az

İyunun 20-də səhər saatlarından Bakıda toz-dumanı müşahidə olunur. Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, toz dumanı Bakı və Abşeron yarımadasında cənub-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəyə daxil olub. Peyk görüntülərinə əsasən havada müşahidə olunan toz hissəciklərinin transsərhəd xarakter daşıdığı deyilir. Xidmət qeyd edir ki, hazırda Bakı şəhərində havada tozun miqdarı normadan 1.9 dəfə çoxdur. Belə tozlu havanın meteoroloji şəraitdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi proqnozlaşdırılır.
Sosial

Son sutkada cəmi 38 nəfər virusa yoluxub

19 İyun 2021

Banker.az

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 38 yeni yoluxma faktı qeydə alınıb, 123 nəfər müalicə olunaraq sağalıb. Operativ Qərargahdan iyulun 19-da verilən məlumata görə, “COVID-19”dan vəfat edən olmayıb. İndiyədək ölkədə ümumilikdə 335 437nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 462 nəfər müalicə olunaraq sağalıb, 4 961 nəfər vəfat edib, aktiv xəstə sayı 1014 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 254, ötən müddət ərzində isə ümumilikdə 3 668 281test aparılıb.
Seçilmiş Videolar