Sosial

Koronavirusa yoluxma sayı artdı

17 İyun, 2022
156

Açıq mənbələrdən götürülüb

Azərbaycanda koronavirus infeksiyasına 34 yeni yoluxma faktı qeydə alınıb, 15 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan iyunun 17-də verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 959 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 145 nəfər müalicə olunaraq sağalıb, 9 715 nəfər vəfat edib, aktiv xəstə sayı 99 nəfərdir.

Ölkədə son sutka ərzində 1 899, hazırkı dövrədək isə 6 934 154 test aparılıb.

Sosial

Koronavirusdan ölüm faktı qeydə alınıb

5 İyul 2022

Açıq mənbələrdən götürülüb

Azərbaycanda koronavirus infeksiyasına 49 yeni yoluxma faktı qeydə alınıb, 12 nəfər müalicə olunaraq sağalıb. Operativ Qərargahdan iyulun 5-də verilən məlumata görə, nəticələri pozitiv çıxan 1 nəfər ölüb. İndiyədək ölkədə ümumilikdə 793 437 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 465 nəfər müalicə olunaraq sağalıb, hazırda 254 aktiv xəstə var. Bu günə qədər 9 718 nəfər vəfat edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 403, bu günə qədər isə ümumilikdə 6 974 930 test icra olunub.
Sosial

Sosial yardım ala bilməyən vətəndaş: Aylıq gəlirimiz 60-70 manatdı, necə yaşayaq?

Günel Manaflı
5 İyul 2022

Açıq mənbələrdən götürülüb

Qax rayonunun Tasmalı kənd sakini Məmmədova Gülpəri maddi vəziyyətinin çox ağır olduğunu deyir. 10 ildir ailə həyatı quran G. Məmmədovanın həyat yoldaşı heç yerdə işləmir. Dolanışıqlarını yoldaşının ot satmaqla, odun doğramaqla və mal-qara otarmaqla qazandığı az vəsaitlə təmin edirlər. Biri əkiz olmaqla 4 və 6  yaşlarında üç körpə övladının olduğunu deyən G. Məmmədova sosial yardım almaq üçün aidiyyatı qurumlara müraciət etsə də, müsbət cavab almayıb: “Evimizi zəlzələ olan zaman dövlət tikib. Vəziyyətimizin çətinliyi və sosial yardım almaq istəyimizlə bağlı 1 il yarım əvvəl prezidentə məktub yazdıq. Prezident Administrasiyasından Qax rayon İcra Hakimiyyətinə məktub göndərildi ki, bizim işimizə baxılsın. İcra Hakimiyyəti...

Seçilmiş Videolar

Toplum TV loqo