Sosial

Koronavirusdan ölən sabiq deputatın peyvənd olunmadığı bildirilir 

30 Sentyabr, 2021
307

Açıq mənbələrdən götürülüb

Ədliyyə Nazirliyi Penitensiar xidməti həbsdə olan sabiq deputat Rafael Cəbrayılovun ölümü ilə bağlı məlumat yayıb.

PX-dən sentyabrın 30-da verilən xəbərə görə, Milli Məclisin sabiq üzvü Cəbrayılov Rəfael Kamil oğlu sentyabr 30-da müalicə aldığı xəstəxanada vəfat edib.

Bildirilir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində haqqında işinə baxılan R.Cəbrayılovun hüquqlarını müdafiə edən vəkili koronavirus infeksiyasına yoluxduğu üçün məhkəmə təxirə salınıb. Bundan sonra R.Cəbrayılovdan COVID-19 infeksiyasına qarşı test nümunələri götürülmüş və nəticəsi pozitiv çıxıb. Cəzaçəkmə müəssisələrində könüllü olaraq aparılan kütləvi vaksinasiyadan qəti imtina edib, 1958-ci il təvəllüdlü, xroniki şəkərli diabetin kəskinləşməsindən və arterial hipertoniyadan əziyyət çəkən R.Cəbrayılov müvafiq müalicə tədbirlərinə cəlb olunub, lakin xroniki xəstəlikləri ilə əlaqədar təhlükəli risk qrupuna daxil olması nəzərə alınaraq sentyabrın 28-də o, müalicəsini davam etdirmək üçün "Yeni Klinika" xəstəxanasına yerləşdirilib. Aparılan müalicə tədbirlərinə baxmayaraq R.Cəbrayılov vəfat edib.

Rafael Cəbrayılov dələduzluda təqsirli bilinmiş, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi. 

Hazırda Ağır Cinayətlər Məhkəməsində cinayət işi davam etdirilir. 

Sosial

Son sutkada yoluxanların və peyvənd olunanların sayı açıqlandı

2 Dekabr 2021

Açıq mənbələrdən götürülüb

Azərbaycanda koronavirus infeksiyasına 1772 yeni yoluxma faktı qeydə alınıb, 2103 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 21 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 591 885 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 558 819 nəfər müalicə olunaraq sağalıb, 7905 nəfər vəfat edib, aktiv xəstə sayı 25 161 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 341, ötən müddət ərzində isə ümumilikdə 5 565 190 test aparılıb. Vaksinasiya Azərbaycanda son sutkada koronavirus  əleyhinə 37 057 vaksin vurulub. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların...
Sosial

Gələn ilin qeyri-iş günləri açıqlandı

2 Dekabr 2021

Açıq mənbələrdən götürülüb

2022-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edilib. Bununla bağlı dekabrın 2-də Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, 2022-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, mayın 2, 3-ü Ramazan bayramı, iyulun 9, 10-u Qurban bayramı günləri müəyyən edilib. Qərarda nəzərdə tutulan günlər iş günü hesab edilmir. Gələn il Novruz bayramı ilə əlaqədarisə  8 gün ardıcıl qeyri-iş günü olacaq. 2022-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. Martın 20-i bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 25 mart qeyri-iş günü olacaq. Beləliklə, 26 və...
Seçilmiş Videolar