Sosial

Korrupsiyaya görə həbs edilən şəxslər niyə vaxtından tez həbsdən buraxılır?

28 Mart, 2022
542

Açıq mənbələrdən götürülüb

"Həbs edilən şəxslər korrupsiyaya görə yox, hakimiyyətdə baş verən dəyişikliklərin qurbanı olublar"

Siyasi şərhçi Elman Fəttah həbs olunan vəzifəli şəxslərin vaxtından əvvəl azadlığa buraxılması barədə faktları "Toplum TV"-yə şərh edərkən belə deyib.

2010-2018-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri olmuş Rasim Quliyev martın 16-da Bakı Apellyasiya Məhkəməsində həbsdən azadlığa buraxılıb.

İbrahim İbrahimlinin sədrlik etdiyi hakimlər kollegiyası onun haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı 3 il həbs hökmünü dəyişib.

Rasim Quliyevi bu məhkəmə də ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olma maddələri ilə təqsirli bilib. Lakin cəzası 2 ilə endirilib, bu müddət də şərti hesab edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Bakının Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında tarixi-memarlıq abidəsi sayılan binanın sökülməsi, yerində yeni hündürmərtəbəli binaların tikilməsi üçün “FF-2011” şirkətinə qanunsuz icazə verməkdə ittiham olunan Rasim Quliyev son sözündə özünü təqsirli bilmədiyini, əksinə, özünü və ailəsini zərərçəkmiş hesab etdiyini bildirib.

Rasim Quliyev - Açıq mənbələrdən götürülüb

Ondan başqa, 16 martda Gəncə Ağır Cinayətlər Məhkəməsi rüşvətə görə tutulan vəzifəli şəxslərə bəraət verib.

Məhkəmədə rüşvət almaqda tqəsirləndirilən Daşkəsən rayonunun Xoşbulaq bələdiyyəsinin sədri vəzifəsində işləmiş Rasim Allahverdiyev, hazırda ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin müdiri Şahbaz Mehdiyev və həmin şöbənin mütəxəssisi Vüqar Məmmədova oxunan hökmə əsasən, R.Allahverdiyev 8 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə digər iki şəxs barəsində isə bəraət hökmü çıxarıb. Ş.Mehdiyev məhkəmə zalından azadlığa buraxılıb. V.Məmmədovun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv olunub.

"Məhkəmə mahiyyət üzrə işə baxıb bəraət veribsə, həmin şəxslər buraxılmalıdır"

Hüquqşunas Səməd Rəhimli deyir ki, tutulan şəxsin sonradan azadlığa buraxılması hüquqi baxımdan mümkündür: "Həbs olunan şəxslər sübutları məhv etməsinlər deyə, qaçmasınlar deyə məhkəməyə qədər tutulmuşdular. Yəni onların tutulması cəza deyil, tədbir idi. Onların işlərinə baxmaq lazımdır. Bəlkə də ziyan ödənilib. Ziyan ödənildikdən sonra cəzanı şərti edirlər".

"Korrupsiya ilə mübarizə çərçivəsində cinayət vasitələrindən istifadə etməkdə əsas məsələ odur ki, istintaq prosesi effektiv aparılsın. Yəni, yekunda verilən cəzanın həddi əsas deyil. Əsas olan istintaq prosesinin normal aparılmasıdır", - deyə Səməd Rəhimli əlavə olaraq qeyd edib.

Səməd Rəhimli - Əkinçi

Hüquqşunas söyləyir ki, hüquqi baxımdan vaxtından əvvəl buraxılmaqla bağlı iki yanaşma var: "Birinci yanaşma odur ki, cəzalar nə qədər sərt olsa, o qədər yaxşıdır. İkinci yanaşma isə odur ki, azadlıqdan məhrum edilmənin uzunmüddətli olmasının bir faydası yoxdur. Əsas məsələ odur ki, şəxs vurduğu ziyanı ödəsin, xəbərdarlıq xarakterli cəza tətbiq olunsun və o, azadlığa buraxılsın. Bu iki yanaşma arasında hələ də müzakirələr gedir".

Elman Fəttah deyir ki, sözügedən işlərin heç birində korrupsiya və rüşvətə qarşı mübarizənin elementləri yoxdur.

Siyasi şərhçinin sözlərinə görə, korrupsiya Azərbaycan hökumətinin idarəetmə metodikasıdır.

Elman Fəttah - Sosial Media

“Korrupsiyadan heç vaxt  imtina olunmayıb və Azərbaycanda heç vaxt korrupsiyaya qarşı mübarizə aparılmayıb. Hakimiyyət müəyyən mənada dəyişilir, yəni gəncləşdirilir, yeni kadrlar gətirilir. Əvvəlkilər daha sədaqətli, daha işgüzar kadrlarla əvəz olunurlar. Köhnə kadrların işdən atılması həm də onların əmlaklarının  müsadirə olunması yolu ilə həyata keçirilir. Bunun yolu da onları həbsə ataraq əmlaklarını müsadirə etməkdir. Bir müddət sonra da onlar həbsdən azad edilirlər. Bəziləri bəraət formasında, bəziləri isə vaxtından əvvəl azad edilirlər", - deyə o bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo