Açıq mənbələrdən götürülüb
Fazil Talıblı: Büdcə vəsaitlərinin əsassız əlillik və pensiya işləri üzrə qanunsuz axınının, mənimsənilməsinin qarşısı alınıb.
20 iyunda ““Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin (birinci oxunuş) müzakirəsi baş tutub.
Müzakirədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələri iştirak edib.
Birgə iclasda Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov 791 milyon manat pensiya vəsaitinin mənimsənilməsinin qarşısının alındığını söyləyib:
“Pensiya sistemində aparılan sağlamlaşdırma tədbirləri, habelə məhkəmə qərarlarına nəzarətin gücləndirilməsi nəticəsində mənimsənilməsinin qarşısı alınmış vəsaitin həcmi indeksasiya standartları tətbiq edilmədən 711 milyon manat, indeksasiya tətbiq edilərsə, 791 milyon manat təşkil edir”.
https://toplum.tv/sosial/nazirlik-qazilerin-telebine-piarla-cavab-verir
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat katibi Fazil Talıblı Toplum TV-yə mənimsənilmələrin qarşısını nazirliyin necə alması prinsiplərini açıqlayıb.
Qurum sözcüsü “son illər aparılan köklü sosial islahatlar arasında əhalinin sosial müdafiəsi sistemində şəffaflıq və ünvanlılığın təminatı” olduğunu vurğulayır:
“Bu da əsassız əlillik və pensiya işlərinin aşkar edilərək qarşısının alınmasına imkan verib. Həm də büdcə vəsaitlərinin həmin əsassız əlillik və pensiya işləri üzrə qanunsuz axınının, mənimsənilməsinin qarşısının alınmasına imkan verib”.
Fazil Talıblı "mənimsənilməsinin qarşısı alınmış vəsaitlər" deyərkən də həmin vəsaitlərin nəzərdə tutulduğunu əlavə edib.
Açıq mənbələrdən götürülüb
Sosial yardım ala bilməyən vətəndaş: Aylıq gəlirimiz 60-70 manatdı, necə yaşayaq?
Açıq mənbələrdən götürülüb
Kulyokda sümüklərini verdilər, basdırdıq – Ölümünü saxtalaşdıran adamın kəndindən reportaj
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?