Açıq mənbələrdən götürülüb
Lerik rayonunun Günəşli kəndində baş verən və 8 nəfərin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə sentyabrın 5-də hüquq-mühafizə orqanlarından məlumat verilib. Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.
Qəzada xəsarət alanların müalicəsi isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.
https://toplum.tv/sosial/qarabag-qazisi-ozunu-yandirib-veziyyeti-agirdir
TƏBİB-dən verilən məlumata görə, müalicə edilən 8 nəfərdən (7-si qadın, 1-i kişi olmaqla) ikisinin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağırdır.
Qeyd edək ki, yerli turistləri daşıyan avtobus qəzası sentyabrın 4-də baş verib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Azərtac
Açıq mənbələrdən götürülüb