Sosial

Leykimiya xəstəsinin atası: “Mən riyaziyyat müəllimiyəm, 100 min dolları ancaq kağızda yaza bilərəm”

Mira Rəcəbli
Məzahir Abdurahmanov
1 Fevral, 2021
3140

Toplum TV

“Bir müddət əvvəl oğlumun səhhəti kəskin pisləşdi, rayon xəstəxanasında leykoz diaqnozu qoydular, Bakıya apar dedilər. Yanvarın 7-dən xəstəxanaya yerləşdirilib.  Həkimlərin dediyinə görə, kimyaterapiya müalicəsi başlayacaq”.

Şamaxıda yaşayan riyaziyyat müəllimi Fərrux Kərimov belə deyir. 

Oğlu Seyfəddinin müalicənə gündə ən azı 100 manat xərc çıxdığını bildirən F.Kərimov qızının da xəstə olduğunu, onun müalicə xərclərini qarşılamaq üçün 15 min manat kredit götürdüyünü söyləyir: “O pul çatmadı, təkrar kredit götürdüm, amma o da yetmədi. Yardım üçün yazanlar, zəng edənlər olur, amma hələ heç kimdən kömək gəlməyib. Xaricə aparmaq lazımdır, bunun üçünsə azı 100 min dollar lazımdır. Mən riyaziyyat müəllimiyəm, o pulu ancaq kağızda yaza bilərəm”. 

F.Kərimov xəstə övladlarının müalicəsiylə bağlı Sosial Müdafiə Fonduna müraciət etsə də, cavab ala bilməyib. 

Yardım istədiyi digər qurumlardan – Şamaxı rayon İcra Hakimiyyəti, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Heydər Əliyev Fondu və Prezident Administrasiyasından da cavab gəlməyib. 

“Leykemiya ilə mübarizə” İctimai Birliyindənsə F.Kərimova cavab veriblər ki, yalnız müəyyən dərmanların alınmasında və yardımla bağlı sosial şəbəkədə paylaşım etməkdə köməklik edə bilərlər. 

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin hüquq şöbəsinin müdiri Gülnar İsgəndərova “Toplum TV”-yə açıqlamasında uşaqlar haqqında məlumatların gizli saxlandığını deyib: “Belə məsələlərdə əsas məsuliyyət Səhiyyə Nazirliyinin üzərinə düşür. Xəstəxana bizə lazımi sənədləri təqdim edərsə, araşdırılandan sonra yardım haqqında qərar verilə bilər”. 

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elvin Hacıyev "Toplum TV"-yə bildirib ki, 2020-ci il yanvarın 1-dən etibarən müalicə prosedurları ilə TƏBİB (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) məşğul olur.

TƏBİB-in mətbuat katibi Elnarə Baxış şikayətlə bağlı məlumatların elektron poçt ünvanına göndərilməsini istəyib. Artıq bir neçə gün keçsə də, qurum hələ də sorğumuza cavab verməyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Hava pisləşəcək: FHN əhaliyə müraciət etdi

31 May 2023

Açıq mənbələrdən götürülüb

Hava şəraitinin pisləşməsi ilə əlaqədar əhaliyə təhlükəsizlik qaydalarına riayət etmək barədə çağırış edilib.  Toplum TV xəbər verir ki, bu barədə mayın 31-də Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.  Bildirilir ki, yaxın günlərdə ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, çaylarda sel və daşğın olacağı, şimşək çaxacağı və güclü külək əsəcəyi gözlənilir. Buna görə də FHN əhalini təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.  https://toplum.tv/multimedia/pbaki-zelzeleye-hazirdirp-1 "Güclü külək zamanı müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, hündür ağacların altında durmamaq tövsiyyə olunur. Bundan əlavə, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.  Həmçinin, ildırımla bağlı təhlükədən qorunmaq üçün telefonla danışmamaq, elektrik cihazlarını şəbəkədən...
Sosial

Regionlarda təbii fəlakət: Göygöldə iki nəfər həlak olub

26 May 2023

Sosial Media

Göygöl rayonunda təbii fəlakət nəticəsində iki nəfər həlak olub. Toplum TV xəbər verir ki, bu barədə mayın 26-da Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təbii fəlakət nəticəsində Gəncə çayında baş vermiş sel axınına düşərək itkin düşmüş 1954-cü il təvəllüdlü Muxtar Hüseynov və 2001-ci il təvəllüdlü İbrahim Qurbanovun axtarışları davam etdirilib. İtkin düşmüş hər 2 şəxsin meyiti səhər saatlarında tapılıb. Polis əməkdaşları hər iki şəxsin meyitini çıxaraq müvafiq ekspertizaya təqdim edib. Araşdırmalar davam etdirilir. Göygölün bəzi kəndlərində güclü sel yerüstü  qaz xətlərini zədələyib. Nəticədə 4 kəndin qaz təchizatı dayandırılıb. “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata...

Seçilmiş Videolar

Toplum TV loqo