ann.az
“Bakı Nəqliyyat Agentliyi olaraq yaxın zamanlarda bəzi küçələrdə ümumiyyətlə nəqliyyat vasitələrinin istifadəsini azaltmağı planlaşdırırıq”.
APA-nın mayın 17-da verdiyi məlumata görə, bunu 6-cı Qlobal Yol Təhlükəsizliyi tədbirində Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.
Onun sözlərinə görə, Xəqani parkının ətrafında tam olaraq nəqliyyatsız piyada zonasının yaradılması layihələri var.
Vüsal Kərimli Bakıda velosiped yollarının uzunluğunun da artırılacağını bildirib. Onun sözlərinə görə, 2040-cı ilə qədər paytaxtda velosiped yollarının uzunluğu 251 km-ə çatacaq.
“Velosipeddən istifadə bütün dünyada getdikcə daha da genişlənir. Bakı şəhərində də velosiped nəqliyyatının inkişaf etdirilməsi, insanların bu nəqliyyat növündən istifadəsinin təşviq edilməsi məqsəd qoyulub. Ümumi strateji plana görə, velosiped yollarının uzunluğu şəhərin bulvar ərazisində 7,5 km, 2027-ci ilə qədər 63,5 km, 2040-cı ilə qədər isə 251 km-ə qədər təşkil edəcək”, - deyə rəsmi qeyd edib.
REUTERS
Toplum Tv
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”