Sosial

Maqsud Mahmudova hökm oxundu

6 May, 2022
103

Şəxsi arxiv

Bakıda müxalifət partiyalarının keçirdiyi etiraz aksiyalarına gələrək, orada prezident İlham Əliyev və hakimiyyətini müdafiə edən, bir müddət sonra isə ölkəni tərk edən və Ukraynada tutulub Azərbaycana gətirilən Maqsud Mahmudova hökm oxunub.

APA məlumat verir ki, M.Mahmudov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan məhrum edilib.

Aprelin 25-də keçirilən proses zamanı prokuror ona 3 il bank sistemində çalışmaq hüququ qadağan edilməklə, 14 il həbs cəzası verilməsini istəmişdi.

Hökmə əsasən, Maqsud Mahmudovun üzərinə həbs qoyulmuş, Yasamal rayonu ərazisində yerləşən fərdi yaşayış evi və Səbail rayonu Salyan şosesində yerləşən ümumilikdə 24 sot torpaq sahəsi dövlət nəfinə müsadirə olunmalıdır.

Məhkəmə iclasında təqsirləndirilən şəxs son söz deyib.

Maqsud Mahmudov son sözündə cinayət işi ilə bağlı zərərçəkmiş qismində tanınmış müğənnilər Vasif Məhərrəmli və Afət Fərmanqızıya söyüş söyməsindən danışıb. Təqsirləndirlilən şəxs hər iki müğənnini söydüyünü etiraf edərək dediklərindən peşman olmadığını deyib: "Bəli söymüşəm, yaxşı eləmişəm. Peşman da deyiləm".
Maqsud Maqsudov lombard epizodu ilə bağlı ittihamları qəbul etmədiyini deyib.

Sosial

Türkiyədə imtahan suallarını qanunsuz satan azərbaycanlılar saxlanılıb

17 May 2022

açıq mənbədən götürülüb

Ankarada Amerika və Türkiyə universitetlərində təhsil almaq istəyən əcnəbi tələbələrə SAT imtahan (Scholastic Aptitude Test - akademik qabiliyyət imtahanı) suallarını satdığı iddia edilən 6 şəxs saxlanılıb. "TRT Haber"in məlumatına görə, saxlanılanlar arasında azərbaycanlıların da olduğu deyilir. Ankara Respublika Baş Prokurorluğu mayın 7-də keçirilən SAT imtahan suallarının Ankarada 2-3 min dollara satılmasından sonra istintaqa başlayıb. İstintaqı dərinləşdirən prokurorluq, İran və Azərbaycan vətəndaşları da daxil olmaqla 6 şübhəlinin “Telegram” mesajlaşma proqramı vasitəsilə əlaqəyə girdiyini aşkarlayıb. Cahid və M.N. adlı şəxslərin sualları “karantin” adlandırdıqları evlərdə payladıqları müəyyən edilib. Baş Prokurorluğun göstərişi ilə Maliyyə Cinayətlərinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları təyin olunmuş ünvanlarda eyni vaxtda...
Sosial

Müştəri restoranda servis haqqı ödəməlidirmi?

Roza Məmmədova
17 May 2022

Getty Images

Restorana gedəndə xərcinizi menyudakı qiymətlərə görə hesablayırsınızsa, sürprizə hazır olun. Bəzi kafe və restoranlarda yeyib içdiyinizdən əlavə servis haqqı da tutulur. Nədir servis haqqı? Bura restoranda dinlədiyiniz musiqi, servis xidməti, istifadə olunan qab-qacaq və s. aiddir. Bakıda “Özsüt” restoranında ofisiant işləyən Pünhan Cəfərov (ad şərtidir) deyir ki, müştərilər əvvəlcədən servis haqqı tutulduğunu bilmir: “Onlar bunu ya menyu jurnalından, ya da hesab qəbzindən öyrənə bilirlər. Müştərilər çox zaman servis haqqını ən sonda, hesabı istəyəndə görür, təbii, narazılıq edənlər də olur”. Pünhanın sözlərinə görə, bu restoranda əlavə xidmət haqqı ümumi hesabın 6%-i qədərdir: “Servis haqqı ofsiantlar müştəriyə qulluq edir, restoranın boşqabları istifadə...

Seçilmiş Videolar

Toplum TV loqo