Maral Qurbanzadə: "Süni zəka Azərbaycan dilini qavradıqdan sonra ölkədə sürətlə inkişaf edə bilər"
az.undp.org
Maral Qurbanzadə süni zəka üzrə də araşdırmalar aparır. Bakalavr təhsilini Bakı Dövlət Universitetinin hüquq fakültəsində alan M.Qurbanzadə tələbəlik illərində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunda, Milli Demokratiya İnstitutunda (NDI) və müxtəlif korporativ sosial məsuliyyət layihələrində çalışıb.
Magistr təhsilini Niderlandın Leyden Universitetinin Kompüter Elmləri İnstitutunda insan-robot ünsiyyəti üzrə təhsil alıb.
Maral Qurbanqızı “Toplum Tv”-yə süni zəka ilə bağlı Azərbaycanda görülən işlər barədə danışıb.
- İnsan və robot ünsiyyəti üzrə mütəxəssis olmaq hansı baxımdan maraqlıdır?
- Bu ixtisas cəmiyyətdə insanabənzər texnologiyaların təsirini tənzimləməkdə çox böyük rol oynayır. Süni zəka başda olmaqla, ağıllı texnologiyalar dünyamızı mütləq dəyişəcək, insan-robot ünsiyyəti ixtisası isə məsələyə fənlərarası yanaşma tədbiq etməklə, gələcəyə daha bütov baxış gətirməyə malikdir.
- Bu sahə üzrə dünyada və Azərbaycanda hansı işlər görülür?
- Azərbaycanda süni zəkayla bağlı bir sıra işlər görülməkdədir. Misal üçün, 2020-2025-ci illər üzrə yüksək texnologiyalarla bağlı dövlət siyasəti var və burada ağıla batan nüanslar çoxdur. Məsələn, texnoloji parkların açılması nəzərədə tutulur. Əsas məsələ də infrastrukturun və innovasiya mühitin yaradılmasıdır ki, ondan sonra da tədqiqat mərkəzləri, vətəndaş təşəbbüsləri, fərdi tədris ocaqları yaranacaq. İnsan və robot ünsiyyətinin gələcəkdə necə formalaşmasını proqnozlaşdırmağımız üçün, təcrübələrin keçirilməsi vacibdir. Təhsil sahəsinə daha geniş sərmayə qoyulmalıdır ki, Azərbaycanda bu istiqamətdə peşəkar kadrlar formalaşsın. Bizdə bir sıra universitetlərdə informasiya texnologiyaların tədrisi yüksək səviyyədədir, çox kreativ və güclü potensiyala malik olan kadrlar yetişdirilir. Lakin ümumi əhalinin İT bacarıqlarını yüksəltmək səyləri də çoxaldılmalıdır. Əslində, bizim potensialımız zəif deyil. Dünyanın süni zəkaya hazırlıq indeksinə görə, Cənubi Qafqaz ölkələrindən öndəyik. Bizdə internet istifadəçilərinin sayı da yüksəlir, əhalinin 80 fayizdən çoxu internetdən istifadə edir. Lakin bu, hələ başlanğıcdır. Universitetlərə test üçün robortlar lazımdır. Ölkənin ümumi İT səviyyəsi yüksəldikcə, ümid edirəm ki, bizdə də universitetlərdə robotların geniş istifadəsi mümkün olacaq. Süni zəka Azərbaycan dilini qavradıqdan sonra ölkədə bu sahə sürətlə inkişaf edə bilər. Dünyada bu sahə üzrə çoxlu işlər görülür. Həm dövlətlər həm də fərdi şirkətlər tərəfindən. Əsasən səhiyyədə fiziki robotların istifadəsinə böyük maraq var. Xüsusi ilə COVİD-19 pandemiyasından sonra bu trend güclənəcək.
- Süni zəkanın və insanabənzər robortların insan cəmiyyətinə təsirini araşdırırsız, bu təsirləri qruplaşdırmaq mümkündür? Hansı müsbət və mənfi təsirləri var?
- Süni zəkanın yayılmasını elektrik enerjisinin geniş istifadəsinə keçid dövrü ilə müqayisə etmək olar. Həyatımız dəyişəcək. Hər sahə və hər peşə bu texnoloqiyadan yararlana biləcək, lakin insan cəmiyyətinə robortların gəlməsi, sosial dinamikalara təsir edəcək. Məsələn, insanların şəxsi evləri tarix boyu toxunulmaz sayılıb. Amma ağıllı texnologiyalar artıq evimizdədir. Evdə işləyən robortlar buna misal gətirə bilərik. Robot canlı deyil, lakin məlumatlar toplayır. Sonra da bu məlumatları internet vasitəsi ilə hansısa bulud serverə ötürür. Məncə avtonom robotların evə daxil olması hüquqi bazanı dəyişməyə məcbur edəcək. Məxfiliyə təsiri çox böyük olacaq, çünki robot nə oyuncaqdır nə də ki, dost. Misal üçün, siz kiminləsə ünsiyyətdə ola bilərsiniz, o məlumatları başqasına ötürə də bilər, ötürməyə də. Amma robot 100 % ötürəcək və ötürdüyü qurumun bu məlumatları hansı etik, hüquqi standartlarla emal edəcəyi isə çox böyük sualdır. Cəmiyyətin robotlara yanaşmasından da çox şey asılıdır. Yaponiyada “hər evdə bir robot” yanaşması ilə dövlət siyasəti var. Yaponların sitayiş etdikləri din çoxruhluq üzərində qurulub. Yəni onlara görə cansız əşyaların da ruhu var. Bu baxımdan mən düşünürəm ki, təkallahlı dinlərə sitayiş edənlərlə müqayisədə, robotlar onlarda o qədər qorxu yaratmır. Təkallahlı inanclı şəxslərdə, insan zəka yarada bilərmi sualı var və süni zəka belə cəmiyyətlərdə mənəvi prinsiplərə zidd ola bilər və bu da inkişafı ləngidə bilər. İnkişaf ləngisə, biz onun üzərində idarəni itirə bilərik. Sual da budur ki, itirəcəyik ya itirməyəcəyik? Robortlar özəl mülkiyyət hüququna tabe olurlar. Robortun muxtariyyəti yüksəldikdə, onun özünü idrakı yarandıqdan sonra, problemlər yarana bilər. Bu da özəl mülkiyyət hüquqi ilə tənzimlənə bilməz. Süni zəkanın gücünü aşağı qiymətləndirə bilmərik. Həmişə fikirləşməliyik ki, nə qədər yaxşılıq gətirə bilərsə, fəlakət gətirmə ehtimalı da var.
- Bildirdiniz ki, robortlar özəl mülkiyyət hüququna tabedir. Öz muxtariyyətləri olduqdan sonra hüquqi baza dəyişə bilər. Əsas dəyişikliklər nədə olmalıdır?
- Hüquqi tənzimləmə həmişə reallığın arxasınca gedir. Presedent yaranır və sonra tənzimlənir Sadəcə, bu məsələdə hadisələrin arxasınca gətmək, təhlükəyə yol aça bilər. Datada hansısa qərəz varsa, nəticələr də qərəzli çıxacaq. Məlumat bazalarında qərəzli yanaşma məsələsi mövcuddur. Elm bunu araşdırmağa çalışır. Misal üçün, qara dərili insanlara, qadınlara, əlil insanlara qarşı diskriminasiyalı yanaşmanın mövcudluğu artıq sübut olunub. Misal üçün, işə götürmə zamanı alqoritim açar sözlərə görə “CV”-lərə baxır və ondan sonra hansı namizədin müsahibəyə çağırılacağı qərarını verir, lakin alqoritm datada bu işə həmişə kişilərin götürüldüyünü görürsə, o da buna meyillənir. Süni zəka qəbul etdiyi məlumatlara müvafiq qərarlar verir. Əgər bu məlumatların hansındasa problem varsa, qərar da düzgün olmayacaq. Hazırda süni zəkanın izahlılığı və şəffaflığı məsələsinə diqqəti yönəltməliyik. Avropada GDPR qanunu var, hansı ki vətəndaşların şəxsi məlumatların qorunmasını təmin etməlidir. Bu qanunun tətbiqində də böyük fəsadlar var. Eyni zamanda Çində üz tanınma, məlumat profilindən, etnik azlıqların sosial statusunu endirmək məqsədi ilə istifadə edilir, bu isə birbaşa insan hüquqlarına qarşı təcavüzdür. Dünyada məlumat ötürülməsinə dair şəffaflıq və hesabatlılıq yaranmayana qədər, süni zəkadan sui-istifadə halları çoxalacaq.
- Robortların həyatımıza daxil olması işsizlik, assosiallıq kimi problemlər yaradacağı kimi fikirlər də var. Konspirasiya nəzəriyyələrinə inansaq, insanlığın sonu gələ bilərmi?
- Süni zəka 2030-cu ilə qədər dünya iqtisadiyyatına 15 triliyon gəlir gətirəcək. Süni zəka və insan zəkasının məlumat emalı sürəti, heç vaxt müqayisə oluna bilməz. Əslində dövlətlər bir-birləri arasında dialoq yarada bilsələr, süni zəkanın gətirdiyi gəlirlə bütün dünyanı doyuzdurmaq olar. Tənhalıq məsələsinə gəldikdə isə hamının onun istədiklərini yerinə yetirən robotu olarsa, insanlarla ünsiyyət yaratmaq istəyi də azalacaq. Bu, bir ehtimaldır. Robortların gəldiyi mühit başqa sosial dinamika yaradacaq. Bununla da süni zəkadan öncə və sonra kimi reallıq gözləyirəm. Robortların dünyaya gəliş səbəbi məncə insanların həyatını çirkli, sıxıcı, təhlükəli işlərdən azad etməkdir. Süni zəka insanlıq üçün böyük texnolojı inqilabdır. Kənd təsərrüfatında süni zəkanın üstünlüklərindən istifadə edib, gəliri maksimum artırmaq mümkündür. Təbii bu da ona gətirəcək ki, servis işləri robortlar tərəfindən görülürsə, bu peşəyə malik olanlar bu halda nə etməlidir? Burada böyük uçurum yarana bilər. Varlı ölkələr daha çox varlanacaq, az inkişaf etmiş ölkələr isə daha da yoxsulluqla üzləşə bilərlər. İnsanlığın sonunun gəlməsi realdır, amma hazırda real risk təşkil etmir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
HƏMAS-ı tərifləyir, İsraili pisləyir - Ərdoğanın niyyəti nədir?
100 yaşlı Türkiyə Cümhuriyyəti: Atatürkün siyasi irsindən nə qalıb?
Ərəb-yəhudi qarşıdurmasının tarixi və səbəbləri
Qarabağa böyük qayıdış nə qədər şəffaf keçiriləcək?
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?