Açıq mənbələrdən götürülüb
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2021-ci il və 2022-ci ilin birinci yarısında Mədəniyyət Nazirliyinin müraciəti əsasında 11 halda araşdırma aparılıb. Araşdırmalar nəticəsində Bakı şəhəri, Bərdə, Şamaxı, Ağcabədi və Kürdəmir rayonları ərazisində yerləşən mədəniyyət müəssisələrinin rəhbər vəzifəli şəxslərinin əsasən dələduzluq, mənimsəmə və israf etmə, rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı cinayətləri törətmələri faktlarına dair 8 cinayət işi başlanıb.
Bu barədə iyulun 18-də qurumdan verilən məlumatda bildirilib.
Məlumata görə, bunlardan 4 şəxs barəsində 4 cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib, 1 cinayət işi üzrə dövlətə vurulmuş zərərin ödənilməsi təmin edildiyindən icraata xitam verilib, 3 cinayət işi üzrə isə hazırda istintaq davam etdirilir.
Qeyd olunub ki, dövlət büdcəsinə vurulmuş 1 milyon 870 min manat zərərin 917 min manat hissəsinin istintaq dövründə ödənilməsi təmin edilib.
Bu cinayət işləri çərçivəsində konkret olaraq nəyin araşdırıldığı və kimlərin məsuliyyətə cəlb edildiyi açıqlanmır.
2021-ci ilin yanvarında korrupsiya ilə bağlı qalmaqallardan və nazir müavini də daxil olmaqla, bir neçə yüksək vəzifəli məmur həbs edildikdən sonra Mədəniyyət Nazirliyinin rəhbərliyi dəyişdirilib.
Açıq mənbələrdən götürülüb
Nazirlik rejissorlara cavab verdi - Film layihələri yenidən işləndikdən sonra istehsalata buraxılacaq
Açıq mənbələrdən götürülüb
Nağıyevlər ailəsi: Dövlətin və büdcə təşkilatlarının keşiyində
Londondakı Azərbaycan səfirliyinə hücum edənlər kimlərdir? - YENİLƏNİB
Cəmil Həsənli Milli Şuranın sədrliyindən getmək istəyir
Londonda səfirliyə hücum - REAKSİYALAR (yenilənir)
Mustafa Cəmiloğlu: Azərbaycan bizim üçün ruslara yaxın bir ölkədir