Sosial
Medianın İnkişafı Agentliyi yaradıldı
12 Yanvar, 2021
Baxış: 65
FOTO: "President.az" 

Prezident İlham Əliyev yanvarın 12-də "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” fərman imzalayıb.

Fərmana əsasən,  Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb, "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi” təsdiq edilib. 

Məlumata görə, Əhməd İsmayılov Medianın İnkişafı Agentliyinin İcraçı direktoru vəzifəsinə təyin edilib. 

Bildirilir ki, agentlik inzibati xətaya yol verən KİV-lər barədə inzibati tədbirlər görmək səlahiyyətinə malik olacaq.

Bu, təşkilatın Nizamnaməsində öz əksini tapıb.

Nizamnaməyə əsasən, Medianın İnkişafı Agentliyinin vəzifələr sırasına çap mediası və onlayn media sahəsində inzibati xəta əlamətləri aşkar etdikdə, İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat vermək daxil edilib.

Agentliyin nizamnamə fondunun 285 405 manat məbləğində olduğu bildirilib. 

Sosial

Əfqan Sadıqov komadan ayılıb, amma aclığı dayandırmayacaq
 

25 Yanvar 2021

novator.az

Əfqan Sadıqov komadan ayılıb. Bu barədə onun həyat yoldaşı Sevinc Sadıqova "Toplum TV"-yə məlumat verib. Sevinc Sadıqova yanvarın 24-də həbsinə etiraz olaraq uzunmüddətli aclıq aksiyası edən “Azel TV" saytının baş redaktoru Əfqan Sadıqovun komaya düşdüyünü bildirmişdi. Ombudsman aparatının rəsmi saytında verilən məlumata görə, Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən yanvarın 25-də müəssisəyə keçirilən başçəkmə çərçivəsində Əfqan Sadıqov növbəti dəfə qəbul olunub. Konfidensial qəbul zamanı o, barəsində olan cinayət işi və məhkəmənin hökmündən narazılığını əsas göstərərək qida qəbulundan imtinanı davam etdirdiyini bildirib. Müəssisədə həkimin iştirakı ilə Əfqan Sadıqovun sağlamlıq vəziyyəti müzakirə olunub və onun səhhətinin nəzarətdə saxlanılması məqsədilə müəssisə rəhbərliyinə müvafiq...
Sosial

Koronavirus statistikası: Azərbaycan

25 Yanvar 2021

Sosial media

Azərbaycanda koronavirusa 57 yeni yoluxma faktı qeydə alınıb, 273 nəfər müalicə olunaraq sağalıb, 11 nəfər vəfat edib. Bu barədə yanvarın 25-də Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. İndiyədək ölkədə ümumilikdə 229 032 nəfər koronavirusa yoluxub, onlardan 220 565 nəfər müalicə olunaraq sağalıb, 3 093 nəfər vəfat edib, aktiv xəstə sayı 5 374 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 257, ümumilikdə 2 364 809 test aparılıb.
Seçilmiş Videolar