Sosial

Məhbus anası: “DTX-nın dörd divarı arasında bu ülgüclər, bıçaqlar hardan onların əlinə keçdi?”

2 Mart, 2021
2153

Meydan TV

“Hamı deyir, prezidentin vəzifəsi ağır, gördüyü işlər çoxdur. Bundan böyük problem ola bilərmi, ay prezident?”

İŞİD-i maliyyələşdirməkdə ittiham olunan məhbus Babək Məmmədlinin anası Esmira Məmmədova prezidentə videomüraciətində belə deyir.

E.Məmmədova oğlu da daxil olmaqla, həbs edilən 11 nəfərin günahsız olduğunu iddia edir: “Araşdırın, görün, belə uşaqlardan terrorçu ola bilərmi?”

2019-cu ilin may-iyun aylarında İŞİD-ə maliyyə yardımı göstərmə, dini ekstremizm məzmunlu materiallar hazırlama kimi əməllərdə ittiham olunan 11 şəxs həbs edilib. İşi Bakı Ağır Cinayətlər Məhkəməsində Səbuhi Hüseynovun sədrlik etdiyi hakimlər heyəti araşdırır.

Təqsirləndirilən şəxslər və onların yaxınları ittihamların əsassız olduğunu, ortaya mötəbər sübutlar qoyulmadığını bildirir, məhkəmə istintaqının ədalətsizliyindən şikayətlənirlər.

E.Məmmədovanın sözlərinə görə, 41 yaşlı Babək Məmmədli Rəssamlıq Akademiyasının məzunudur, uzun müddət Türkiyənin paytaxtı Ankarada rəssam işləyib, ailənin yeganə oğludur, 3 övladı var. 

Hazırda ailəsinin başsız qaldığını, əlavə qazanc yerlərinin olmadığını bildirən ana deyir ki, oğlunun milli ruhda çəkilmiş 80-ə yaxın əsəri Ankaradakı sərgilərdə nümayiş olunub. 

“Əgər mənim oğlum terroristdirsə, etirazım yoxdur, məni də onunla birlikdə həbs etsinlər, razıyam. Amma o terroristi alt paltarında evdən aparanda, üstündən bir tüfəng, bir patron tapılmayıb. Mənim qanundan başım çıxmır, ana kimi soruşuram - niyə əzab verirlər bu uşaqlara?”

40 ildir Tovuz rayonunda həkim işləyən E.Məmmədova deyir ki, şikayəti yuxarılara çatmadığı üçün həbsdə olan məhbusların adından canlı videomüraciət etmək məcburiyyətində qalıb.

“İllərdir mən fəryadımı, prezidentə, vitse-prezidentə, baş nazirə çatdıra bilmirəm. Yatmış qəlbləri bəlkə belə oyadaq. 2 ildir dustaqxanada, məhkəmələrdə uşaqları, yollarda isə bizi süründürürlər”.

Videomüraciətində məhbusların məktublarını oxuyan E.Məmmədova deyir ki, bəlkə bu şəkildə prezident məsələdən xəbər tutar.

“Hörmətli prezident, biz iki ilə yaxındır ki, məmur özbaşnalığı ucbatından qanunsuz həbsdəyik. Belə ki, DTX əməkdaşları Həsən Mənsurov, Yasin Məmmədov, Sənan Veyisov, Fuad Məmmədov, Nadir Mustafayev, Nicat Məmmədov, Əsəd Hacıyev, Mehman Babayev və Rüstəm Usubov başda olmaqla, prokurorluq işçiləri şiddətli döymək, toka vermək, ailələri də təhdid etmək və sübutları saxtalaşdırmaqla, vəzifə səlahiyyətlərini aşıb ağır cinayət törədiblər” - dustaqlar belə yazıb.

Dustaqların məktubunda həmçinin qeyd edilir ki, fevralın 17-də aclığa başlayıb özlərinə qəsd edəcəklərini desələr də, onlara təzyiqlər dayanmayıb, ona görə də fevralın 23-də məhkəmə salonunda ülgüclə qollarını və boğazlarını kəsərək özlərinə xəsarət yetiriblər. Təqsirləndirilən şəxslər yazırlar ki, artıq haqsızlığa dözə bilmirlər, çünki iki ilə yaxındır ki, heç bir mötəbər sübut olmadan terrorçuluq, İŞİD-ə maliyyə yardımı kimi ağır cinayətlərdə ittiham edilib həbsdə saxlanılırlar.

Mehman Sadıqov - Sosial Media

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mehman Sadıqov “Toplum TV”-yə açıqlamasında Bakı İstintaq Təcridxanasında saxlanılan şəxslərə təzyiq edilməsi haqqında deyilənləri təkzib edib.

Onun sözlərinə görə, həmin şəxslərlə Azərbaycan Respublikasının qanunlarına uyğun davranılıb.

O, dustaqların hazırki vəziyyəti ilə bağlı suala “Qanuna görə, biz onların harda saxlanıldığı haqqında məlumat verə bilmərik. Vəziyyətlərini öyrənmək istəyirsinizsə, həkimlərdən soruşun”.

Dövlət Təhlükəsizliyi Xidmətinin İctimaiyyətlə Əlaqlər Mərkəzinin rəisi Arif Babayevsə DTX əməkdaşları haqqında səsləndirilən iddiayla bağlı suala belə cavab verib:

“Hazırda həmin şəxslər məhkəmənin sanksiyasındadır, məhkəməyə müraciət edin”.

E.Məmmədova həmçinin iddia edir ki, məhbuslara ülgüclər qəsdən verilib.

“Biz dustaqla görüşə gedəndə 10-20 yoxlamadan keçdiyimiz halda, DTX-nın dörd divarı arasında bu ülgüclər, bıçaqlar hardan onların əlinə keçdi? Deməli, bu da qurmadır ki, bizim balalarımız özlərini doğrayıb öldürsünlər. Ən yaxşısı, əlinizə bir avtomat alıb, onları da, bizi də qırın, canınız bir dəfəlik qurtarsın”.

“Həbsxanalar günahsız insanlarla, özəl kanallarsa anaların fəryadı ilə aşıb-daşır. Deyirlər, prezidentə səsimiz çatmır. Vətəndaşın sayı qədər onun gözü, açıq qulaqları olmalıdır. Niyə çıxmır cəmiyyətin içinə? Atanız həmişə millətin içindəydi, siz də çıxın. Siz baxmayacaqsız, kim baxacaq” - E.Məmmədova belə deyir.

Məhbus anası dövlət rəsmilərinin ona cavab verəcəyinə ümid edir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo