Sosial

Məhkəmə Abel Məhərrəmov əleyhinə qərar çıxardı: 811 min manat ödəməlidir

9 İyun, 2021
859

Açıq mənbələrdən götürülüb

İyunun 9-da Bakının Yasamal rayon Məhkəməsi hakim Vidadi Hacıyevin sədrliyi ilə Bakı Dövlət Universitetinin sabiq rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Abel Məhərrəmova qarşı iddianı təmin edib. İddiaya əsasən sabiq rektor 811 min manat vəsait ödəməli olacaq.

"Turan"ın iyunun 9-da verdiyi məlumatda bildirilir. 

İddiaçıların sözlərinə görə, görülən işlərə Bakı Dövlət Universitetinin sabiq prorektoru Nəbi Ramazanlı rəhbərlik edib.

Yasamal Rayon Məhkəməsində İsmixan Mirzəyev və bir neçə nəfərin iddiası üzrə keçirilən məhkəmədə Abel Məhərrəmovun işlətdiyi usta və fəhlələrin pullarını vermədiyi müəyyən edilib.

İddiaya görə, Bakı şəhəri, Süleyman Dadaşov küçəsində 4 mərtəbəli villa inşa etdirən Abel Məhərrəmov müqaviləyə əsasən pilləkənlərin, mansardın quraşdırılması, şəbəkələrin hazırlanması və quraşdırılması, istilik sistemi və digər işlər üçün 90300  manat ödməlidir. Rektor özünə məxsus olan “Mona Liza” şadlıq sarayında bar, mebel və s. işlər gördürüb. Buna görə də əmək haqqı kimi hesablanan 70000 manatdan cəmi 25 min manat ödəyib.

Abel Məhərrəmov həmçinin Mərdəkan qəsəbəsindəki bağ evində sahəsi 44 kvadrat metr olan kitab mebeli, mətbəx mebeli üçün də ödəniş etməyib.

Sabiq rektor Bakı şəhəri, Şərifzadə küçəsindəki “Qlobus” uşaq bağçasında materialı ustalardan olmaqla ümumi dəyəri 80000 manat olan işlər gördürüb.

Burada qapıların, mebelin yığılması, çarpayıların hazırlanmasına görə yalnız 15000 manat ödənilib. Qalan 65000 manat ödənilməyib.

Akademik ustalara Nabranda da iş gördürüb, pulunu verməyib.

Xaçmaz rayonunun Nabran qəsəbəsinin Seyidli ərazisində “El Faro” Ailəvi İstirahət və Əyləncə Mərkəzində ümumi dəyəri 15000 manat olan qapıların quraşdırılması, 4000 kvadrat metr sahədə ümumi dəyəri 160000 manat olan üzləmə işlərinin icrası, mebellərin yığılması üzrə ümumi dəyəri 20000 manat, barların yığılması üzrə ümumi dəyəri 15000 manat olan işlərin icrasına görə ödəməli olduğu 210000 manat əvəzinə cəmi 24000 manat verib. Rektor bu günə kimi 186000 manat borcunu ödəməyib.

Ümumilikdə Məhərrəmova qarşı bir neçə epizod üzrə 811 min manat pul iddiası irəli sürülüb. İyunun 8-də məhkəmə iddianı təmin edib.

Sosial

Azərbaycanda son sutkada yoluxma qeydə alınmadı

16 May 2022

REUTERS

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına yeni yoluxma faktı qeydə alınmayıb, 5 nəfər müalicə olunaraq sağalıb. Məlumatın mayın 16-da Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Məlumata görə, ötən sutka ərzində ölən olmayıb. İndiyədək Azərbaycanda ümumilikdə 792 673 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 917 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib. 47 nəfər aktiv xəstə sayını təşkil edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 966, bu günə qədər isə ümumilikdə 6 855 188 test icra olunub.
Sosial

Suyu süddən baha başa gələn saatlılılar

Lida Abbaslı
16 May 2022

Toplum Tv

Saatlının Əliabad kəndindən reportaj Saatlının Əliabad kəndinə gedən mikroavtobus Sabirabad bazarının yaxınlığında bazardan çıxanları gözləyir. Səhərdən bazara məhsul gətirmiş əliabadlıların indi yükü giley-güzardır. Kənd sakinləri gileylənir ki, bazarda qiymətlər od tutub yansa da, onların malları ucuz alınır. Toplum Tv Kənd sakini Nazim kişi deyir ki, yol uzaq olduğundan, üstəlik də kəndə avtobus həftədə cəmi bir gün işlədiyindən mallarını bazarda sata bilmirlər, dəyər-dəyməzinə alverçilərə verməli olurlar. “Alverçilər malı çox ucuza götürürlər. 4 manata vermək istədiyim malı 3 manata götürürlər ki, özümüz 3.50-yə veririk. Üstəlik də hər dəfə malın azı 100 qramı havayı gedir”. Ağartı məhsulları satmaqla dolanan kəndlilərdən biri söhbətə qoşulub...

Seçilmiş Videolar

Toplum TV loqo