Məhkəmə Hüquq Şurası: “Qadınların sayı ilə bağlı qanunda xüsusi kvota yoxdur"
Əvvələr qadınlar hakim korpusunun 17 faizini təşkil edirdisə, indisə bu faizin 20-ə qalxdığı bildirilir.
Bu barədə "Toplum TV"-yə Məhkəmə Hüquq Şurasından bildirilib.
Prezident İlham Əliyevin bu ilin iyulun 1-də imzaladığı sərəncama görə, 39 nəfər yeni nəsil hüquqşünas hakim vəzifəsinə təyin edilib.
Bunlardan 23-ü qadın, 16-sı kişi olub.
“Qadınların sayının artırılması ilə bağlı qanunvericilikdə xüsusi kvota yoxdur. Sadəcə, qadınlar son dövrlərdə seçim proseslərində daha aktiv iştirak edirlər”, - deyə qurumdan əlavə edilib.
Təyinatdan sonra Azərbaycanda ümumilikdə 565 hakim var.
Bunlardan 453-ü kişi, 112-si qadındır.
Açıq mənbələrdən götürülüb
Nazirlik rejissorlara cavab verdi - Film layihələri yenidən işləndikdən sonra istehsalata buraxılacaq
Açıq mənbələrdən götürülüb
Nağıyevlər ailəsi: Dövlətin və büdcə təşkilatlarının keşiyində
Londondakı Azərbaycan səfirliyinə hücum edənlər kimlərdir? - YENİLƏNİB
Cəmil Həsənli Milli Şuranın sədrliyindən getmək istəyir
Londonda səfirliyə hücum - REAKSİYALAR (yenilənir)
Mustafa Cəmiloğlu: Azərbaycan bizim üçün ruslara yaxın bir ölkədir