Sosial

Məhkəmə “İdeal”ın keçmiş sahibi ilə bağlı qərar verdi

9 Aprel, 2021
127

Sosial Media

“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərardan verilən apellyasiya şikayətinə baxılıb.

Bu barədə aprelin 9-da onun vəkili İlhamə Həsənova məlumat verib.

Vəkilin sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsində hakim Ramin Qurbanovun sədrlik etdiyi iclasda qərar elan olunub.

Qərara əsasən, İ.İsmayılovun şikayəti təmin edilməyib.

İ.İsmayılovun 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.

Ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib ("Report").

Sosial

Lənkəranlı istedad : 19 yaşlı  qrafik dizayner Fidan Abilova

Nuranə Atakişiyeva
17 May 2021

Toplum TV

19 yaşlı rəssam, qrafik dizayner Fidan Abilovanın Lənkəranda “Çərçivədən baxış” adlı sərgisi təşkil olunub. Sərgi iyun ayının ortalarına qədər davam edəcək”
Sosial

Peyvənd olunanların sayı açıqlandı

17 May 2021

Eurasia.net

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3694 vaksin vurulub. Operativ Qərargahdan mayın 18-də verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1223, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2471 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 1798743, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1032054, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 766689 təşkil edir.
Seçilmiş Videolar