Sosial

“Mehman” filminin çəkildiyi tarixi hamam dağılır

Lalə Mənəfli
4 May, 2022
121

Toplum Tv

Maştağa kəndinin Xunxar məhəlləsində yerləşən Şamxal hamamı XIX əsrdə tikilib, onun adı ölkə əhəmiyyətli tarixi abidələr siyahısındadır.

Kənd camaatının dediyinə görə, hamamı tikdirən şəxsin adı da Şamxal olub.

Vaxtilə burda “Mehman” filminin bəzi səhnələri də çəkilib.

İnteryeri fərqlənən hamamın indiki vəziyyəti heç də ürəkaçan deyil.

Toplum Tv

Hamama daxil olduqda nəmişlik hiss olunur. Rütubətdən divarların rəngi saralıb. Qapılar çərçivəsindən çıxıb, hər yeri hörümçək toru basıb.

Yerdə çirkli su, zibil qalıqları toplanıb. Bura sonradan müxtəlif rəflər quraşdırılıb.

Hamamın mühafizəçisinin market satıcısı olduğunu öyrənirik.

Toplum Tv

Maştağa sakinlərinin sözlərinə görə, rəsmi qurumlardan gəlib hamama baxıblar və təmir- bərpa işlərinin görülməsi planlaşdırılır.

Maştağa kənd bələdiyyəsinin sədri Mikayl Məmmədov isə “Toplum TV”-yə deyir ki, Şamxal hamamı Mədəniyyət Nazirliyinin nəzarətindədir.

“Biz nazirliklə əlaqə yaratmışıq. Təkcə Şamxal hamamı deyil, digər tarixi abidələrin, məscidlərin də bərpasını nəzərdə tuturuq. Bununla bağlı Mədəniyyət Nazirliyi ilə bir sıra görüşlərimiz olub. Bu yerlərdə təmir-bərpa işləri həyata keçiriləcək. Təbii ki, işlətmək üçün deyil, tarixi abidə kimi qorunub saxlanılması üçün”.

Toplum Tv

Mikayl Məmmədovun sözlərinə görə, Maştağadakı Qum hamamı da vaxtilə baxımsız halda olub, Mədəniyyət Nazirliyinə müraciətdən sonra o yenidən təmir edilib.

Kənd xəstəxanasının yanında yerləşən, yenicə təmir olunan Qum hamamının girişində və içərisində şüşə qırıqları, reklam kağızları ilə qarşılaşırıq. Tikilinin qapısı xarab olduğundan tam örtülmür.

Toplum Tv

“Toplum TV”-nin əməkdaşı məsələylə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, Bərpası və İnkişafı üzrə Dövlət Xidmətinin Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarovayla əlaqə saxlayıb.

Onun sözlərinə görə, ətrafda yaşayan sakinlər uzun zaman məişət tullantılarını Qum hamamına atıblar, amma Dövlət Xidməti ilə aidiyyəti qurumların birgə fəaliyyətinin nəticəsi olaraq tarixi abidə təmizlənib.

Toplum Tv

“Həmçinin tarixi tikilidə bərpa işləri aparılıb. Aparılan bərpa işləri ötən il yekunşadırılıb və hamamın yerləşdiyi əraziyə yaxın yerdə məişət tullantıları üçün qablar da yerləşdirilib”.

N.Allahyarova Maştağa qəsəbəsində yerləşən Şamxal hamamının da bərpaya ehtiyacı olduğunu, onun bərpa olunaraq yenidən istifadə üçün investisiya sıyahısına salındığını bildirib.


 


 


 


 


 

Sosial

Azərbaycanda son sutkada yoluxma qeydə alınmadı

16 May 2022

REUTERS

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına yeni yoluxma faktı qeydə alınmayıb, 5 nəfər müalicə olunaraq sağalıb. Məlumatın mayın 16-da Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Məlumata görə, ötən sutka ərzində ölən olmayıb. İndiyədək Azərbaycanda ümumilikdə 792 673 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 917 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib. 47 nəfər aktiv xəstə sayını təşkil edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 966, bu günə qədər isə ümumilikdə 6 855 188 test icra olunub.
Sosial

Suyu süddən baha başa gələn saatlılılar

Lida Abbaslı
16 May 2022

Toplum Tv

Saatlının Əliabad kəndindən reportaj Saatlının Əliabad kəndinə gedən mikroavtobus Sabirabad bazarının yaxınlığında bazardan çıxanları gözləyir. Səhərdən bazara məhsul gətirmiş əliabadlıların indi yükü giley-güzardır. Kənd sakinləri gileylənir ki, bazarda qiymətlər od tutub yansa da, onların malları ucuz alınır. Toplum Tv Kənd sakini Nazim kişi deyir ki, yol uzaq olduğundan, üstəlik də kəndə avtobus həftədə cəmi bir gün işlədiyindən mallarını bazarda sata bilmirlər, dəyər-dəyməzinə alverçilərə verməli olurlar. “Alverçilər malı çox ucuza götürürlər. 4 manata vermək istədiyim malı 3 manata götürürlər ki, özümüz 3.50-yə veririk. Üstəlik də hər dəfə malın azı 100 qramı havayı gedir”. Ağartı məhsulları satmaqla dolanan kəndlilərdən biri söhbətə qoşulub...

Seçilmiş Videolar

Toplum TV loqo