Sosial

Məktəblərə yeni direktor təyinatları  – Nazirliyin gördüyü iş nə dərəcədə effektlidir?

Nigar Səmədli
20 Sentyabr, 2021
2410

Rəsmi səhifəsi

“Statistikalara baxsaq, yeni direktor təyin olunan məktəblərin göstəriciləri əvvəlki illərlə müqayisədə kiyafət qədər yaxşıdır”  

Təhsil eksperti Kamran Əsədov Təhsil Nazirliyinin məktəblərə yeni direktorlar təyin etməsi barədə xəbəri “Toplum TV”-yə şərh edərkən deyib. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 15 ümumi təhsil müəssisəsinə yeni direktor təyin olunub. 

İdarənin məlumatına görə, yeni təyinatlar paytaxtdakı tam orta məktəblər üzrə müsabiqəyə çıxarılmış vakant vəzifələri əhatə edib.  

Keçirilən müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak ediblər. 

Yeni təyin olunmuş məktəb direktorları üçün məktəb idarəetməsinin müxtəlif istiqamətlərinə dair təlimlər keçirilib. 

Bundan öncə isə iyunun 21-də 2020-2021-ci tədris ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrinə 8 nəfər direktor vəzifəsinə işə qəbul edilib, 21 direktorun iş yeri dəyişdirilib. 20 direktorla bağlanmış əmək müqaviləsi isə ləğv edilib. 

Yeni direktor təyinatları nə dərəcədə effektivdir? 

Təhsil eksperti Kamran Əsədov deyir ki, yeni təyinatlar keyfiyyət göstəricələrinə çox böyük təsir göstərib: “Orta təhsil müəssisələrində direktorların ciddi islahatlarla dəyişdirilməsinə 2013-cü ildən başlandı. Hazırda Bakıda fəaliyyət göstərən 320 orta məktəbin 250-nə son 7 ildə yeni direktorlar təyin olunub. Yeni təyin olunmuş direktorlar özlərini doğrultmadıqları təqdirdə isə onlarla bağlanmış müqaviləyə 1 il sonra xitam verilir. Artıq məktəbdə 5 illik staja malik olan hər bir şəxs imtahan verərək direktor ola bilər. Amma bu, həmin şəxsin öncəki illərdəki kimi 20-30 il bu vəzifəni tutacağı anlamına gəlmir. Onun tədris göstəriciləri yaxşılaşmasa və fəaliyyətində neqativlər olarsa, onunla bağlanmış müqaviləyə xitam verilir. Belə olan halda rəqabət mühiti yaranır. Biz statistikalara baxsaq, yeni direktor təyin olunan məktəblərin göstəriciləri əvvəlki illərlə müqayisədə kiyafət qədər yaxşıdır”.  

Kamran Əsədov - Sosial Media

Ekspertin sözlərinə görə, təyinatların nəticələri üçün müəyyən müddət gözləmək lazımdır: “Təhsildə aparılan islahatların ən real nəticələri minimum 9, maksimum 11 ildən sonra özünü göstərir.Təhsil sistemi kifayət qədər çevikdir. Biz pandemiya və müharibə şəraiti kimi çətin situasiyaların hər birini yaşamışıq. Bu müddət ərzində məktəbəqədər tədris prosesi dayanmadı, əlçatanlıq təmin edildi ki, məhz bu səbəbdən qəbul imtahanlarında 700 olmasa da 697 bal toplayan abituriyent var idi. Bütün bunların hamısı sistemə yeni daxil edilmiş şəxslərin sayəsində mümkün oldu”. 

“Direktorların işi məktəblərdən pul toplayıb icra başçısına verməkdir” 

Digər ekspert Nabatəli Qulamoğlu isə düşünür ki, yeni kadrlar nə qədər qayda-qanun yaratmağa çalışalarsa da sistem onları özünə tabe edir: “Çünki bu vəzifədə oturan şəxsin korrupsiyaya qurşanmaması mümkün deyil. Vaxtilə Misir Mərdanov bunun səbəbini də demişdi. O bildirmişdi ki, məktəblərdə korrupsiyanı tətbiq edən icra başçılarıdır. Məktəb direktorları birbaşa icra başçılarına tabedir. Burada qeyri-rəsmi tabeçilikdən söhbət gedir. Rayon təhsil şöbəsi müdirinin təqdimatını həmin rayonun icra başçısı verir, məktəb direktoru da öz növbəsində təhsil şöbəsinə tabedir. Nəticədə onların hər ikisi icra başçısının direktivlərini yerinə yetirir. Əksər hallarda direktorların işi məktəblərdən pul toplayıb icra başçısına verməkdir”.  

Nabatəli Qulamov - Sosial Media

N.Qulamoğlunun qənaətincə, burada hansısa yenilikdən söhbət belə gedə bilməz: “Əgər dəyişiklikdən söhbət gedirsə, biz niyə onu görmürük? Xüsusilə də direktorların təyinatı ilə bağlı heç bir yenilik yoxdur. Azərbaycanda təhsilin inkişafı yalnız valideynlərlə repititorların üzərinə düşür. Buna baxmayaraq müəyyən ixtisaslar üzrə müəllimlərin MİQ imtahanlarından keçirilməsindən sonra kadr sahəsində dəyişikliklər var. İmtahanla təyin olunan direktorları isə Bakıya deyil, uzaq yerlərə göndərirlər ki, onlar gözdən uzaq olsunlar. İstisna hallar olsa belə, sistem onları da zamanla dəyişdirərək korrupsiyalaşdırır”. 

Deputat Aydın Mirzəzadə isə deyir ki, kadr dəyişiklikləri müsbət nəticələr verir: “Bütün sahələrdə olduğu kimi təhsil sahəsində də vaxtaşırı yenilənmə olur. Direktorların dəyişilməsi, ümumiyyətlə yeni kadrlardan istifadə edilməsi bütün sahələrdə tətbiq olunan praktikadır. Məqsəd gənclərə keyfiyyətli və yaxşı təhsil verməkdir. Nəticələri isə elə bu gün də görmək mümkündür. Əgər ildən-ilə ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayanların sayı artırsa, bu, o deməkdir ki, təhsildə aparılan istalahatlar öz nəticəsini verir”.  

Aydın Mirzəzadə - Açıq mənbələrdən götürülüb

2021/2022-ci tədris ili üçün  II və III qrup üzrə qəbul imtahanlarında iştirak edən abituriyentlərin nəticələrinə görə heç bir qrupda 700 bal toplayan abituriyent olmayıb. Belə ki, bu il II qrup üzrə ən yüksək nəticə 691.2 bal, III ixtisas qrupu üzrə isə 680 bal olub.  

Bu ildən fərqli olaraq ötən il III ixtisas qrupu üzrə 5 nəfər, II qrup üzrə 2 nəfər maksimum 700 balı toplamışdı.  

Eyni zamanda I və IV ixtisas qrupları üzrə də 27-28 iyul 2021-ci il tarixlərində keçirilmiş qəbul imtahanlarında heç bir abituriyent maksimum balı toplaya bilməyib. I ixtisas qrupu üzrə ən çox bal 697.1, IV qrupda isə 692.5 olub. 

2020-ci ildə isə I ixtisas qrupu üzrə 1 nəfər maksimal olan 700 balı toplayıb. IV ixtisas qrupu üzrə ən yüksək nəticə 691.4 bal idi. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Qənirə Paşayeva dəfn edilib

29 Sentyabr 2023

Azərtac

Milli Məclisin deputatı Qənirə Paşayeva bu gün, sentyabrın 29-da ll Fəxri xiyabanda dəfn edilib. Toplum Tv xəbər verir ki, dəfn mərasimində dövlət rəsmiləri, deputatlar, mərhumun ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərhumla vida mərasimi Bakıdakı Heydər məscidində keçirilib. Qeyd edək ki, Qənirə Paşayeva sentyabrın 28-də vəfat edib. O, səhhətindəki problemlərlə əlaqədar sentyabrın 23-də Mərkəzi Klinikaya  yerləşdirilmişdi. Bundan sonra o, komaya düşmüşdü. Həkimlər deputatın vəziyyətini ağır qiymətləndirirdilər. Mərhumun 48 yaşı vardı. 
Sosial

Azad olunmuş ərazilərdə azı 508 şəxsə aid meyit qalıqları tapılıb

29 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

"Axtarış tədbirləri nəticəsində işğaldan azad olunmuş ərazilərdə aşkar edilmiş kütləvi məzarlıqlardan ümumilikdə ən azı 508 şəxsə aid meyit qalıqları tapılaraq götürülüb". Toplum Tv xəbər verir verir ki, bunu sentyabrın 29-da Hərbi prokuror Xanlar Vəliyev mətbuata müsahibəsində deyib. O bildirib ki, araşdırma işləri çərçivəsində 349 məhkəmə tibbi kriminalistik ekspertizası və 305 məhkəmə molekulyar-genetik ekspertizası təyin edilib. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aparılan araşdırmada Beynəlxalq Qırmızı Xaç Komitəsi də iştirak edib.

Seçilmiş Videolar

Toplum TV loqo