Sosial

Məktəbli qızlar niyə intihar ediblər?

Nigar Səmədli
10 Mart, 2021
1802

Sosial Media

İntihar etdikləri deyilən 2 məktəbli qızla bağlı bəzi məlumatlar ortaya çıxıb.

Martın 9-da Qobu qəsəbəsindəki 2 nömrəli məktəbin 11-ci sinif şagirdləri Mətanət Quliyeva və Əfruz Səmədovanın Lökbatan qəsəbəsində yerləşən 9 mərtəbəli binanın damından atılaraq intihar etmələri xəbəri yayılıb. 

Məktəbin özünü təqdim etməyən işçisi “Toplum TV”-yə qızlarla bağlı məlumat verməkdən imtina edib: “Hüquq-mühafizə orqanları özləri araşdırıb açıqlama verəcəklər”. 

Hadisəylə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 125-ci (özünü intihar həddinə çatdırma) maddəsi üzrə cinayət işi açılıb.

Qurumun Mətbuat Xidmətinin əməkdaşı Aynur Əfəndiyeva intiharın səbəbi barədə sualımızı cavabsız qoyub. 

İlkin məlumata görə, qızlardan birinin məktəb dəftərində depressiv xarakterli qeydlər aşkar edilib. 

Onların eyni sinifdə oxuduqları və rəfiqə olduqları bildirilir.

Məktəblilərin cənazələri artıq ailələrinə təhvil verilib, hər ikisi martın 10-da Qobuda dəfn ediləcək.

Təhsil Nazirliyinin əməkdaşları onların ailələrinə baş çəkiblər. Nazirliyin Mətbuat Xidmətinin rəhbəri Cəsarət Valehov “Toplum TV”-yə hadisənin detalları barədə məlumatsız olduğunu deyib. 

İki il əvvəl Azərbaycanda daha bir məktəbli - Elina Hacıyeva da intihar etmişdi. Elinanın valideynləri bunu müəllimlərin və sinif yoldaşlarının ona qarşı aqressiv davranışlarıyla əlaqələndirmişdilər. 

Sosial

Son sutkada nə qədər insan peyvənd olunub?

10 Aprel 2021
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 41 827 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan aprelin 10-da verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32 886, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8 941 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 153 549, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 739 319, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 414 230 təşkil edir.
Sosial

Koronavirusa bugünkü yoluxma sayı açıqlandı

10 Aprel 2021

Heinrich-Böll-Stiftung

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 192 yeni yoluxma faktı qeydə alınıb, 1 554 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan aprelin 10-da verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 33 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 283 579 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 249 013 nəfər müalicə olunaraq sağalıb, 3 879 nəfər vəfat edib, aktiv xəstə sayı 30 687 nəfərdir. Ölkədə son sutka ərzində 14 912, hazırkı dövrədək isə 3 005 197 test aparılıb.
Seçilmiş Videolar