Sosial

“Mərkəzi Nəbatat Bağı”və “Dendrologiya Bağı” AMEA-dan alındı

11 Yanvar, 2022
112

VOA

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Mərkəzi Nəbatat Bağı”və “Dendrologiya Bağı” publik hüquqi şəxslərin yaradılıb.

Bu barədə yanvarın 11-də Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağının mövcud ərazisi və Dendrologiya İnstitutunun Bakı şəhərinin Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən mövcud ərazisi müvafiq olaraq “Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxsin və “Dendrologiya Bağı” publik hüquqi şəxsin ərazisi qismində müəyyən ediləcək.

Həmçinin Bakı Şəhər İcra Hakimiyyəti aidiyyəti orqanlarla (qurumlarla) razılaşdırmaqla, “Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxsin və “Dendrologiya Bağı” publik hüquqi şəxsin nizamnaməsinin və strukturunun layihəsini, nizamnamə fondunun miqdarını və işçilərinin say həddinə dair təkliflərini iki ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim edəcək.

Bakı Şəhər İcra Hakimiyyəti İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla, “Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxs və “Dendrologiya Bağı” publik hüquqi şəxs “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağının və Dendrologiya İnstitutunun balansında olan dövlət əmlakının müvafiq olaraq “Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxsin və “Dendrologiya Bağı” publik hüquqi şəxsin balansına verilməsi ilə bağlı təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.

Sosial

Sutkalıq yoluxma sayı bilindi

27 Yanvar 2022

BBC

Azərbaycan Respublikasında koronavirus infeksiyasına 3 361 yeni yoluxma faktı qeydə alınıb, 1 132 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan yanvarın 27-də verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 643 509 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 620 182 nəfər müalicə olunaraq sağalıb, 8 664 nəfər vəfat edib, aktiv xəstə sayı 14 663 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 923, ötən müddət ərzində isə ümumilikdə 6 107 416 test aparılıb.
Sosial

Tayıflı kəndinin meşə problemi -“İş yoxdur, neyləyək?”

Roza Məmmədova
27 Yanvar 2022

Toplum TV

 “Hər şikayətdən sonra köhnə kömür quyuları doldurulur, sonra yeniləri ortaya çıxır” Bura Oğuz rayonu Tayıflı kəndidir.  Tayıflı kəndinin adı mediada daha çox meşə təsərrüfatının ziyan görməsi, qanunsuz yollarla kömür əldə edilməsi və s. xəbərlərlə çəkilir. Bir neçə ildir ki, kənddə məskunlaşan  Şəhriyar Qasımov bu fikri təsdiqləyir. O deyir ki, kənddəki meşədə ağaçlar kəsilir, sonra xüsusi quyularda yandırılaraq kömür əldə olunur. Toplum TV “Oğuza köçəndən sonra davamlı olaraq havadan pis qoxu gəldiyini hiss edirdim. Sonra qohum-əqrabadan öyrəndim ki, sən deməpis  iy meşədən gəlirimiş”. Şəhriyar problemdən xəbər tutduqdan sonra ilk dəfə ötən ilin mart ayında  Oğuz rayonu polis idarəsinə şikayət etdiyini söyləyir:...
Seçilmiş Videolar