Sosial

Milli Məclisin qarşısında "uşaq pulu" aksiyası

Roza Məmmədova
1 İyun, 2022
1391

Toplum Tv

İyunun 1-də - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə  Azərbaycan Xalq Cəbhəsi Partiyasının bir qrup qadın fəalı Parlament binasının qarşısında aksiya edib. 

Onlar aksiya zamanı “Taladın sərvətimi, təhvil ver dövlətimi!”, “Büdcəni talama, uşaqpulu ver balama!”, “Uşaqların haqqını verin” kimi şüarlar səsləndirərək deputatlardan uşaq pulu haqqında qərar qəbul edilməsini tələb edib. 

Qadınlar təbii resurslardan əldə edilən gəlirlərin ədalətsiz bölüşdürülməsindən, dövlətin uşaqlara, xüsusilə də aztəminatlı ailələrin uşaqlarına qayğı göstərməməsindən hiddətləndiklərini ifadə ediblər:
  
“Bir dəfə dövlət maraqlanmayıb ki, bu uşaqlara nə yedirib, nə içirdirik. Amma 18 yaşı çatanda vətənə xidmət etməsini tələb edirlər. Bəs vətən, dövlət uşaqlar üçün neynəyib? Bu gün uşaqların bayramıdır, amma uşaqlara verməyə çörək tapmırıq”. 

Polis aksiya iştirakçılarını Parlamentin binasına buraxmayıb, onlarla ofislərində görüşməyi tövsiyə edib: “Deputatların köməkçiləri var, onlar seçiciləri ofislərində qəbul edirlər”. 

Etirazçılar cavab olaraq deputatlarını tanımadıqlarını, onlarla görüş keçirilmədiyini bildiriblər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azərbaycan Xankəndinə növbəti dəfə ərzaq və tibbi yardım göndərir

26 Sentyabr 2023
Azərbaycan bu gün, sentyabrın 26-da növbəti humanitar yük və tibbi ləvazimatları Xankəndinə yola salıb. Toplum TV APA-ya istinadən bildirir ki, 4 yük maşınından ibarət humanitar yardıma 40 ton un, gigiyenik vasitələr, yataq dəstləri daxildir.  https://toplum.tv/siyaset/pbaki-xankendideki-partlayisda-yaralananlara-yardim-goumlnderibp Humanitar yardım Xankəndinə Ağdam-Əsgəran-Xankəndi yolu ilə  göndərilir. Bundan əvvəl Azərbaycanın Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində yaralanan şəxslərə tibbi ləvazimatlar göndərdiyi açıqlanmışdı.   
Sosial

Azərbaycanda karantin rejiminin müddəti uzadıldı

25 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Azərbaycanda koronavirusun qarşısını almaq məqsədiylə tətbiq edilən xüsusi karantin rejiminin müddəti gələn ilin əvvəlinə qədər uzadılıb.  Toplum TV xəbər verir ki, bu barədə sentyabrın 25-də Nazirlər Kabineti məlumat yayıb.  "Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 2 yanvar saat 06:00-dək uzadılsın", - açıqlamada bildirilib.  https://toplum.tv/sosial/pquru-serhedler-niye-accedililmir-ndash-elave-qazanc-yoxsa-tehluumlkesizlik-amilip Qeyd edək ki, Azərbaycanda xüsusi karantin rejimi ilə əlaqədar olaraq quru sərhədlər 2020-ci ilin martından bəri qapalıdır. Hava yolları vasitəsilə gediş-gəliş çoxdan bərpa olunsa da, quru sərhədlər 3 ildən çoxdur ki, bağlı saxlanılır.  Ümumdünya Səhiyyə Təşkilatı mayın 5-də COVID-19-un pandemiya...

Seçilmiş Videolar

Toplum TV loqo