modern.az
“MilliÖN” terminallarında “Azərişıq” ödəmələri zamanı əlavə 1 manat xidməthaqqı tutulacaq.
Bu haqda “Toplum TV”-yə “KomTek LTD” MMC (“MilliÖN” ödəmə sistemləri) müştəri xidmətlərinin rəhbəri Ülviyyə Əfəndiyeva məlumat verib.
O bildirib ki, qərar “Azərişıq” ödəmələrində yalnız qeyri-əhali kodları üzrə ödənişlərə aid edilir: “Qeyri-əhali dedikdə isə sahibkar obyektləri, restoranlar, kafelər, iri ticarət mərkəzləri nəzərdə tutulur. Bunun “Azərişıq” ASC-yə heç bir aidiyyəti yoxdur. Bu, sadəcə, “MilliÖN” tərəfindən təklif edilən xidməthaqqıdır. Qərar heç bir digər şirkətə və ya xidmətə şamil olunmur”.
Gələcəkdə digər xidmətlər üçün əlavə ödənişin nəzərdə tutulmadığını deyən Ülviyyə Əfəndiyeva bildirir ki, “MilliÖN” şəbəkəsinə aid olan digər ödənişlərdə əhali rahatlıqla əməliyyatları həyata keçirə bilər.
“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu isə “Toplum TV”-yə deyir ki, əhali qrupuna aid olan abonentlərin xidməthaqqını “Azərişıq” özü ödəyir: "Amma "Azərışıq" qeyri-əhali qrupuna aid abonetlərlə kommersiya şirkəti arasında olan xidməthaqqına qarışmır. “Azərişıq” nə o işlərə müdaxilə edir, nə də qurumun oradan yığılan pullara aiddiyəti var. “Azərişıq” kommersiya təşkilatının verdiyi qərarlara da müdaxilə edə bilməz”.
Vaqif Aydınoğlunun sözlərinə görə, ödənişləri onlayn, poçt və ya banklar vasitəsilə də etmək mümkündür, onlarda əlavə xidməthaqqı nəzərdə tutulmayıb.
açıq mənbədən götürülüb
Wikipedia
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
“Bu, onun sonuncu etirazı idi”
Bələdiyyə torpaqları 50, 100 illik icarəyə verir, kəndli isə torpaqsız qalır