Belarusun "Belavia" şirkəti dekabrın 4-dən etibarən Minsk-Bakı aviareysi üzrə uçuşları bərpa edir.
Bu barədə noyabrn 26-da aviaşirkətdən verilən açıqlamada deyilir.
Uçuşlar həftədə dörd dəfə - II, V, VI və VII günlər yerinə yetiriləcək.
Sentyabr ayında Azərbaycandakı hərbi vəziyyətlə əlaqədar Heydər Əliyev Beynəlxalq Hava Limanı məhdud iş rejiminə keçmişdi və sözügedən aviareys üzrə uçuşlar dayandırılmışdı.
Fransa şirkətləri Qarabağın bərpasında iştirak etmək istəyir
27
Yanvar
2021
Azernews
“Düşünürəm ki, Fransa şirkətlərinin Azərbaycanın azad olunmuş ərazilərində yenidənqurma işlərinə töhfə verməsi üçün heç bir maneə yoxdur”.
Bunu yanvarın 27-də Fransanın Avropa və xarici işlər naziri yanında turizm, xaricdəki fransızlar və frankofoniya məsələləri üzrə dövlət katibi Jan-Batist Lömuan deyib.
O bildirib ki, suyun təmizlənməsi, elektrik sahələri üzrə Fransanın tanınmış və çox təcrübəli şirkətləri var.
Dövlət katibi qeyd edib ki, Azərbaycanda nazirlərlə görüşündə gələcək əməkdaşlıqla bağlı səmərəli müzakirələr aparılıb: “Mədəniyyət naziri ilə görüşümüzdə 30 illik diplomatik münasibətlərimizlə bağlı Bakıda sərginin təşkil olunmasını müzakirə etdik. Bu sərgidə müəyyən əsərlərin nümayişi, İpək Yolu İnstitutunda da Azərbaycanla bağlı sərginin keçirilməsi məsələsi müzakirə olundu”.
Azərbaycan Prezidenti İlham Əliyev Şuşa rayonunda xüsusi nümayəndənin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Bu barədə yanvarın 27-də Prezidentin rəsmi saytı məlumat yayıb.
Sərəncama görə, Aydın Zöhrab oğlu Kərimov Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin edilib.