Toplum Tv
Müdafiə Nazirliyinin (MN) tərkibində fəaliyyət göstərən komissiya tərəfindən 44 günlük müharibədə iştirakı ilə bağlı məlumatlarının araşdırılması yekunlaşan növbəti 5000 nəfərdən artıq vətəndaşa "Müharibə veteranı" adı veriləcək.
Bu barədə MN məlumat yayıb.
Məlumata görə, sənədləri göndərilən vətəndaşlar barədə qərar qəbul edildikdən sonra onların da adları "Müharibə veteranı" adının verilməsi üçün “Zəfər” altsisteminə daxil ediləcək.
Bundan sonra onlara da prezidentin aylıq 80 manat təqaüdünün təyin edilməsi və 2022-ci ilin yanvar ayının 1-dən hesablanaraq ödənilməsi təmin olunacaq.
Bu günədək müharibədə iştirak etmiş 76000 nəfərə "Müharibə veteranı" adı verilib.
Açıq mənbələrdən götürülüb
Sosial yardım ala bilməyən vətəndaş: Aylıq gəlirimiz 60-70 manatdı, necə yaşayaq?
Açıq mənbələrdən götürülüb
Kulyokda sümüklərini verdilər, basdırdıq – Ölümünü saxtalaşdıran adamın kəndindən reportaj
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?