Açıq mənbələrdən götürülüb
Əfsər Həsənəliyev
Bu gün, iyunun 21-də Bakı Hərbi Məhkəməsində keçirilən səs-küylü “MTN işi”ndə zərərçəkmişlərdən biri – 74 yaşlı Əfsəl Həsənəliyev özünü yandırmağa cəhd edib. O, 11:30 radələrində məhkəmə zalında özüylə götürdüyü benzini üstünə tökmək istəyərkən nəzarətçilər müdaxilə edib və onu zaldan kənarlaşdırıblar.
Məhkəmə iclası başlayan kimi Əfsəl Həsənəliyev hakim Elbəy Allahverdiyevə etiraz edib. O, etirazını hakimin məhkəmə iclaslarını ictimaiyyətin və jurnalistlərin izləməsinə əngəllər yaratması, ötən 9 ay ərzində qaldırdığı vəsatətlərin heç birinin təmin olunmamasıyla əsaslandırıb. Əfsəl Həsənəliyevin tələbləri bununla bitmir. O, Toplum TV-yə bunları deyib:
“Mənim etirazım həm də keçmiş baş prokuror Zakir Qaralovun, onun keçmiş birinci müavini Rüstəm Usubovun, Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Eldar Əhmədovun, müstəntiqlərin – ümumilikdə 12 nəfərin məhkəmədə dindirilməməsi ilə bağlıdır. Məni onların göstərişiylə girov saxlayıblar, onların göstərişiylə də azad ediblər. Bu adamların məsuliyyətdən kənarda qalmasıyla barışa bilmirəm. Mənim 74 yaşım var, ömrüm gedib, itirəcək heç nəyim qalmayıb, ancaq mənə bunu yaşadanlar azadlıqda qala bilməz”.
https://toplum.tv/siyaset/memurlar-niye-az-ceza-cekir
Əfsəl Həsənəliyev deyib ki, tələbləri yerinə yetirilməsə məhkəmə binası önündə özünə qəsd edəcək.
İttihama görə, həbsdə olan MTN işçiləri Əfsəl Həsənəlyevi həbs etdikdən sonra 50 min dollar alaraq buraxıblar. O, bir neçə ay əvvəl məhkəmədə zərərçəkmiş kimi dindirilərkən başına gətirilənləri qorxulu yuxu kimi xatırladığını demişdi.
Məhkəmə iclası hazırda davam edir.
Leyli Cəfərova
Açıq mənbələrdən götürülüb
Sosial yardım ala bilməyən vətəndaş: Aylıq gəlirimiz 60-70 manatdı, necə yaşayaq?
Açıq mənbələrdən götürülüb
Kulyokda sümüklərini verdilər, basdırdıq – Ölümünü saxtalaşdıran adamın kəndindən reportaj
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?