Sosial

Mübariz Mənsimov həbsdən azad edilir?

3 Mart, 2021
537

BBC

Mübariz Mənsimovun həbsdən buraxılması haqqında Türkiyə Prokurorluğu  təqdimat verib.

Təqdimatda M.Mənsimovun ölkədən çıxışına qadağa qoyulması tələbi irəli sürülüb.

Azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov həbsdən buraxıla bilər. İstanbul prokurorluğu onun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi, polis nəzarətində olmaqla, azadlığa buraxılması haqda təqdimat verib.

Prokurorluğun təqdimatında göstərilib ki, məhkəmə prosesinin gəldiyi mərhələni, verilən ittiham üzrə nəzərdə tutulan cəzanı, həbsdə olduğu müddəti, bundan əvvəl cinayətə görə şübhəli və ya təqsirləndirilən şəxs olmamasını nəzərə alaraq, onun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi məqsədəuyğun hesab edilir. Prokurorluq təqdimatda həmçinin Mübariz Mənsimovun həbsdən buraxılacağı təqdirdə, onun ölkədən və müəyyən edilmiş ərazidən çıxışına qadağa qoyulması şərtini də irəli sürüb.

Fətullah Gülən və onun təşkilatı ilə əlaqədə ittiham olunan Mübariz Mənsimovun işinə İstanbul Ağır Cəza Məhkəməsində baxılır. Sonuncu məhkəmə iclası yanvarın 13-də keçirilmiş və proses martın 5-nə qədər təxirə salınmışdı. Martın 5-də keçiriləcək növbəti məhkəmə iclasında prokurorluğun təqdimatına baxılıb qərar veriləcəyi gözlənilir.

Yanvarın 13-də keçirilən məhkəmədə azərbaycanlı iş adamı ittihamların yalan olduğunu bildirmişdi: “Mən heç vaxt FETÖ-çü (Fətullah Gülən Terror Örgütü) olmadım, deyiləm, ola da bilmərəm. Həbsdən buraxılmağımı istəyirəm. Mən heç zaman dövlətin iradəsinə zidd addım atmamışam. Tam əksinə, bütün şirkətlərimi Türkiyəyə gətirmişəm. Mənim 10 aydır həbsdə saxlanmağım şirkətimi müflis olmaq həddinə çatdırıb. O gəmilərdə qalan gəmiçilərin nə günahı var? Onlar maaş ala bilmir, ailələri pis vəziyətdədir. Orada işləyən azərbaycanlılar və türklərdir. “Palmali”nin iflasa uğraması türk markasının yox olması deməkdir. Mənim şirkətim dünyada 5-ci sırada dayanırdı. Bu bir türk markası idi. Mən bir an öncə işimin başına keçməliyəm, cənab hakim! Mənə heç kim FETÖ damğası vura bilməz. Mənim onlara necə nifrət ediyimi hamı bilirdi. Mən onlara heç zaman xidmət etməmişəm, etmərəm də! Elə olsaydı, bu günə qədər o təşkilata hansısa, məktəb, xəstəxana hədiyyə edərdim. Amma mən bunların hamısını tikdirib dövlətə təslim etmişəm”.

Türkiyə vətəndaşı olan Mübariz Mənsimov 2020-ci il martın 15-dən həbsdədir. O, həbs olunduğu ilk vaxtlarda yaydığı açıqlamada baş verənlərə görə Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevi ittiham edirdi.

Rövnəq Abdullayev isə Türkiyənin “Mgtv” kanalına açıqlamasında bu barədə səslənən fikirləri “əsassız yalan” adlandırıb. O bildirib ki, “Palmali” qrupu SOCAR-a qarşı olan maliyyə öhdəliklərini yerinə yetirməkdən imtina etdiyinə görə 2018-ci ildə Londonda və Dubayda arbitraj prosesləri başlayıb.

Mənbə: Meydan Tv


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo