FOTO: MN
Müdafiə Nazirliyi II Qarabağ müharibəsində azad olunmuş ərazilərdə Azərbaycan Ordusu bölmələrinin şəxsi heyətinin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirildiyini açıqlayıb.
Bu barədə yanvarın 12-də Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumata görə, həmin bölgələrdə, eləcə də yüksək dağlıq ərazilərdəki mövqelərdə yerləşən bölmələrdə günün nizam qaydalarına uyğun xidmət aparılır və döyüş növbətçiliyi təşkil olunur.