Sosial
Müdafiə Nazirliyi müharibədən qayıdan əsgərlərə xəbərdarlıq etdi
11 Yanvar, 2021
Baxış: 77
FOTO: MN

"Səfərbərlik üzrə hərbi xidmətə çağırılaraq Vətən müharibəsində iştirak etmiş şəxslər tərəfindən son zamanlar sosial şəbəkələr vasitəsilə müxtəlif məsələlər ilə bağlı videolar paylaşılır. Bu cür videoların sosial şəbəkələrdə paylaşılması müzəffər Azərbaycan Ordusunun nüfuzuna xələl gətirməklə yanaşı düşmənlərimizin maraqlarına xidmət edir".

Bu barədə yanvarın 11-də Müdafiə Nazirliyinin mətbuat xidmətindən yayılan məlumatda bildirilib.

Nazirliyin məlumatına görə, videolar vasitəsilə edilən müraciətlərin həll olunmasında yaranan çətinliklər həmin müraciətlərin anonim edilməsindən irəli gəlir.

"Bir daha bildiririk ki, səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə Müdafiə nazirinin müvafiq əmrinə əsasən yaradılmış komissiya bu gündən fəaliyyətə başlayıb və bu barədə nazırliyin rəsmi internet səhifəsində ətraflı məlumat verilib. Qaldırılan məsələlərin baxılması və həll olunması üçün səfərbərlikdən tərxis edilmiş şəxslər öz müraciətlərini sosial şəbəkələrdə video paylaşmaqla deyil, Müdafiə Nazirliyinin yeni yaradılmış komissiyasına ünvanlamalıdırlar" - Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunub.
Sosial

Gəncə sakini: “Tək çarəm Bakıya gedib Prezident Aparatının qabağında oturmaqdır”

Aytac Məmmədli
26 Yanvar 2021

Toplum TV

“Qaynar xəttə də zəng vururam, icra başçısının qəbuluna da yazılıram, ancaq bunu deyirlər ki, get, otur evində. Evə gələn kommisiya üzvləri də qapıdan baxıb çıxıb gedirlər”.  Ermənistan Silahlı Qüvvələrinin Gəncəyə raket zərbələri nəticəsində evi dağılmış Gəncə sakini İlham Əbilov belə deyir.  O, artıq 4 aydır ki, həyat yoldaşı və iki uşağı ilə birlikdə Azərbaycan Dövlət  Aqrar Universitetin yataqxanasında yaşadığını bildirir. Nazirlər Kabinetinin Fövqəladə Hallar üzrə Komissiyasının fəaliyyətindən narazı olan İ.Əbilov ev əşyalarına dəyən zərərin ödənilməməsindən də şikayətçidir. Evinin həyətində maşınların təmiriylə məşğul olduğunu, hadisə baş verdikdən sonra işinin də dayandığını vurğulayan Gəncə sakini çıxılmaz durumda olduğunu söyləyir: “Tək çarəm odur...
Sosial

Oqtay Gülalıyevin işində adı keçən həkimlərin fəaliyyəti yenidən araşdırılır

Roza Məmmədova
26 Yanvar 2021

Sosial media

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin işində adı keçən həkimlər yenidən istintaqa cəlb olunur. Bu barədə “Toplum TV”-yə oğlu Təbriz Güləliyev məlumat verib: “Yanvarın 25-də bizi Nəsimi rayon Prokurorluğuna çağırdılar. Anam Firuzə Gülaliyevadan şahid qismində izahat alındı. Prokurorluq bildirdi ki, işə yenidən baxılacaq”. T.Gülalıyev qeyd edib ki, prokurorluqdakı görüşdə 1 saylı Dövlət Kliniki Tibb Mərkəzinin və “Baku City Hospital” özəl klinikasının həkimlərinin O.Gülalıyevin komaya düşməsinə, beynində ciddi xəsarətlərə gətirib çıxaran və bu günə qədər davam edən komatoz vəziyyətinə səbəb olmuş hərəkətləri müzakirə olunub. “Atam City Hospitalın baş revmatoluqu Toğrul Adıgözəlovun nəzarətində olub. Anam dəfələrlə əməliyyatın gecikdirilməsi ilə bağlı xəbərdarlıq etsə də, həkim...
Seçilmiş Videolar