Sosial

Müəllimlər siyasi səbəblərlə işdən çıxarıldılar

28 Aprel, 2017
747
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP)  üzvü və xanımı işdən çıxarılıb.
 "Aprelin 27-də məni də, xanımımı da işlədiyimiz məktəblərdə müəllimlikdən azad etdilər".
Bunu AzadlıqRadiosuna AXCP Neftçala rayon təşkilatının sədri Əflatun Əhmədli bildirib.
Onun sözlərinə görə, aprelin 25-də rayon təhsil şöbəsinə çağırılıb. Ondan Milli Şuranın bu il aprelin 8-də keçirdiyi icazəli aksiyada iştirak edib-etmədiyi barədə soruşublar: "Mən də cavab verdim ki, iştirak etməmişəm. Ondan sonra izahat tələb etdilər, izahat yazmaqdan imtina etdim. Tələb edirdilər ki, AXCP-dən istefa verək və mən buna getməyəcəyimi bildirdim. Dünən (aprelin 27-si) isə məni də, xanımımı da Əmək Məcəlləsinin müvafiq bəndi ilə işdən azad etdilər. Guya əmək müqaviləsinin tələbələrini yerinə yetirməmişəm".

Ə.Əhmədli bildirir ki,özü Mayak kənd 1 saylı məktəbdə fizika, xanımı isə Neftçala şəhər 3 saylı məktəbdə rus dili fənnini tədris edib.

Ə.Əhmədli  əmək müqaviləsindən irəli gələn tələblərin yerinə yetirilməməsi ilə bağlı göstərilən əsasları qurama hesab edir : "Görünən budur ki, bizi faktiki siyasi əqidəmizə və mənsubiyyətimizə görə işdən xaric edərək cəzalandırıblar. Bunun başqa adı yoxdur. Bu, həm də rayonda partiyamızın fəaliyyətinin zəiflədilməsinə yönələn addımdır".

İstər 1 saylı Mayak kənd məktəbinin direktoru Elşən Ağalarov, istərsə də Neftçala şəhər 3 saylı məktəbin direktoru Vüqar Dadaşov bu məsələ ilə bağlı suallara cavab verməyiblər. Onlar rayon Təhsil Şöbəsi ilə əlaqə saxlamağı məsləhət biliblər.

Neftçala rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov isə Ə.Əhmədli və xanımı Ü.Əhmədlinin işdən çıxarılması ilə bağlı qərarı məktəblərin verdiyini deyib: "Bu qərar hər iki məktəbin pedaqoji şuralarının, həmkarlar ittifaqlarının mövqeyi əsasında verilib. Təhsil şöbəsi də bunu əsaslı sayıb. Hər iki şəxsin məktəbdə müəllimlikdən azad olunmasına bir neçə səbəb olub. Həm əmək intizamını pozublar, həm məktəbdə siyasi loyallıq prinsipinə əməl etməyiblər, həm də hakimiyyət əleyhinə danışıblar. Halbuki siyasi baxışlar məktəbdə ifadə edilə bilməz, bundan kənarda olmalıdır. Belə prinsiplərə əməl etmədilər, nəticədə də məktəblər bu qərarı verməli oldular".
Sosial

İşıq və qazın qiyməti qalxdı – hökumət əhaliyə hələ ki, vəd verir

Vüsalə Mikayıl
18 Oktyabr 2021

Açıq mənbələrdən götürülüb

“Yeni tarif qaydaları bütün xidmətlərin, məhsulların qiymətlərində öz əksini tapacaq. Bütün məhsulların maya dəyərində enerji xərcləri mütləqdir və bu, zəncirin bir halqasıdır”. Bunu iqtisadçı ekspert Rəşad Həsənov qaz və elektrik tariflərinə tətbiq edilən yeni qiymət artımını “Toplum TV”-yə şərh edərkən deyib. Oktyabrın 16-da Tarif Şurasının verdiyi qərara əsasən, illik 1200 kubmetrə qədər təbii qazın hər kubmetrinin qiyməti əhali üçün 12 qəpikdən hesablanacaq. İndiyə kimi bu, 10 qəpik idi. Təbii qazın bir kubmetri sənaye və kənd təsərrüfatı sektoru üçün də artıb. Elektrik enerjisinin də əhali üçün tarif diferensiasiyası bahalaşma istiqamətində dəyişib. Yeni tariflər barədə qərar noyabrın 1-dən qüvvəyə minəcək. “Ancaq öz...
Sosial

Baş Prokurorluqdan Sənay Yağmurun işiylə bağlı açıqlama

18 Oktyabr 2021

Sosial Media

Baş Prokurorluq 2004-ci il təvəllüdlü qızın cinsi təcaüzə məruz qalması ilə bağlı məlumat yayıb. Baş Prokurorluğun Mətbuat Xidmətindən oktyabrın 18-də verilən məlumata görə, Sənay Yağumurun (Qəhrəmanlı) cinsi təcavüzə məruz qalması barədə müraciəti əsasında Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə başlanmış cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülüb, istintaqın davam etdirilməsi isə İstintaq idarəsinə həvalə edilib. "Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri həyata keçirilir. Baş Prokurorluq tərəfindən kütləvi informasiya vasitələri və sosial media nümayəndələrinə müraciət edilərək, bu qəbildən olan  həssas mövzularla bağlı etik və qanunvericilik normalarına riayət edilməsi, dəqiqləşdirilməmiş...
Seçilmiş Videolar