Sosial

“Mühacir alveri” işində təqsirləndirilənlərin məhkəməsi başlayır

19 Oktyabr, 2021
2344

Açıq mənbələrdən götürülüb

Ramin Hacılının və digərlərini işi hələ yekunlaşmayıb

ABŞ, Kanada, Avropa ölkələrinə köçmək istəyən azərbaycanlılara yardım vəd edib, onlardan pul almaqda, onların həmin dövlətlərdə siyasi sığınacaq ala bilməsi üçün saxta sənədlər hazırlamaqda ittiham olunan şəxslərdən üçünün məhkəməsi başlayır. 

“Mühacir alveri” kimi tanınan bu cinayət işi üzrə təqsirləndirilənlərdən Nərminə Dadaşova, Əziz Səfərəliyev və Akif Əsədovla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində gedən araşdırmalar yekunlaşıb. Onların işi ümumi cinayət işindən ayrılaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Söhbət “Azərbaycan Avropa Hərəkatı”nın sədri Ramin Hacılının da təqsirləndirilərək həbs olunduğu cinayət işindən gedir. Eyni zamanda, “No Border Travel Agency” MMC-nin də rəhbəri olmuş Ramin Hacılı və digərlərinin haqqında istintaq hələ davam edir.

“HMH Baku Travel” MMC-nin rəhbəri olan Nərminə Dadaşova və şirkətin daha 2 əməkdaşının məhkəməsinin vaxtı və onların işinə baxan hakimlərin kimliyi də məlumdur. Meydan TV-nin əldə etdiyi məlumata görə, bu iş üzrə məhkəmənin hazırlıq iclası oktyabrın 28-də keçiriləcək. Bu işi Mahmud Ağalarovun sədrliyilə, Rahib Salmanov və Siyavuş Hacıyevdən ibarət hakimlər kollegiyası araşdıracaq.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 178.3.1 (mütəşəkkil dəstə tərkibində dələduzluq) və digər maddələrilə ittiham verilib.

İstintaqı davam edənlər arasında “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyinin sədri Sərdar İsgəndərov, “Yes Travel” MMC-dən Sərxan Abdullayev, Üzeyir Bağırlı da var.

Ramin Hacılının həyat yoldaşı Aysel Əlizadə onun sifarişlə həbs olunduğunu bildirib.

Təqsirləndirilən şəxslərin bir müddət əvvəl Almaniyadan deportasiya olunaraq Azərbaycana göndərilən vətəndaşların ifadələri əsasında cinayət məsuliyyətinə cəlb edildiyi bildirilir.

Cinayət Məcəlləsinin 178.3.1 maddəsində 5 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Qənirə Paşayeva dəfn edilib

29 Sentyabr 2023

Azərtac

Milli Məclisin deputatı Qənirə Paşayeva bu gün, sentyabrın 29-da ll Fəxri xiyabanda dəfn edilib. Toplum Tv xəbər verir ki, dəfn mərasimində dövlət rəsmiləri, deputatlar, mərhumun ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərhumla vida mərasimi Bakıdakı Heydər məscidində keçirilib. Qeyd edək ki, Qənirə Paşayeva sentyabrın 28-də vəfat edib. O, səhhətindəki problemlərlə əlaqədar sentyabrın 23-də Mərkəzi Klinikaya  yerləşdirilmişdi. Bundan sonra o, komaya düşmüşdü. Həkimlər deputatın vəziyyətini ağır qiymətləndirirdilər. Mərhumun 48 yaşı vardı. 
Sosial

Azad olunmuş ərazilərdə azı 508 şəxsə aid meyit qalıqları tapılıb

29 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

"Axtarış tədbirləri nəticəsində işğaldan azad olunmuş ərazilərdə aşkar edilmiş kütləvi məzarlıqlardan ümumilikdə ən azı 508 şəxsə aid meyit qalıqları tapılaraq götürülüb". Toplum Tv xəbər verir verir ki, bunu sentyabrın 29-da Hərbi prokuror Xanlar Vəliyev mətbuata müsahibəsində deyib. O bildirib ki, araşdırma işləri çərçivəsində 349 məhkəmə tibbi kriminalistik ekspertizası və 305 məhkəmə molekulyar-genetik ekspertizası təyin edilib. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aparılan araşdırmada Beynəlxalq Qırmızı Xaç Komitəsi də iştirak edib.

Seçilmiş Videolar

Toplum TV loqo