Sosial

Müharibə əlilləri və şəhid ailələrinin mənzillə təmin olunması barədə sərəncam verildi

25 Yanvar, 2021
86

Prezident İlham Əliyev yanvarın 25-də Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncamda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aşağıdakı şəxslərin (ailələrin) 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirmək tapşırılıb:

- 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər;

- yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri.

Yerli icra hakimiyyəti orqanlarına tapşırılıb ki, Sərəncamda göstərilən şəxslər barədə məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsinlər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında bu Sərəncamda göstərilən məqsədlər üçün torpaq sahələrinin ayrılmasını təmin etsinlər və hər il görülmüş işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər.

İqtisadiyyat Nazirliyinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifləri əsasında bu Sərəncamda göstərilən tədbirlər planının həyata keçirilməsi üçün tələb olunan vəsaitin 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) bölgüsünün layihəsində, 2022-2025-ci illərdə isə hər il dövlət büdcəsinin tərtibi prosesində dövlət əsaslı vəsait qoyuluşunda (investisiya xərclərində) nəzərdə tutulmasını təmin etmək tapşırılıb.

Sosial

Tənha şair - inkarçı Xudayi...

Şəmşad Ağa
5 Mart 2021

Toplum TV

İbrahim Xudayi - bu imza çoxlarına sosial şəbəkələrdən tanışdır. Satirik şeirləri ilə gündəmə gələn şair Salyanda 104 saylı yataqxanada tək-tənha yaşayır.  Bu, təkcə şair yalnızlığı deyil, həm də taleyin ona biçdiyi ömür yoludur. Bəlkə, buna görə həm dünyada, həm də təkotaqlı yataqxana hücrəsində özünü qonaq sayır. Bəlkə, buna görə "İlahi, qapına qonaq gəlmişəm" şeirində belə yazır: - Bir əsrin yükünü bir gündə çəkdim,  Həyata hər kəsdən qabaq gəlmişəm... Onun şeirlərində "Bəlkə, heç Allah da yoxdur" ifadəsi də bu tənhalıqdan doğan yaradıcı bir üsyandır… HAŞİYƏ: Xudiyev İbrahim Xudaverdi oğlu 1990-cı il dekabrın 22-də Salyan şəhərində doğulub.  İbrahimdən  4 il sonra qardaşı...
Sosial

İcra hakimiyyətləri sükut edirlər: 28 sorğuya 4 cavab

Roza Məmmədova
5 Mart 2021

Açıq mənbələrdən

2020-ci il ərzində Azərbaycanda 129 min yeni iş yerləri açılıb, onların 54,9 faizi qeyri-dövlət sektorunun payına düşüb - Dövlət Statistika Komitəsinin (DSK) hesabatında belə deyilir. Hesabata görə, yeni iş yerlərinin 69,3 faizi Bakı şəhərinin, 0,7 faizi Naxçıvan Muxtar Respublikasının, 30 faizi digər regionların, o cümlədən 6,6faizi Lənkəran, 6 faizi Gəncə-Qazax, 2,4 faizi Abşeron, 2 faizi Dağlıq Şirvan, 1,5 faizi Şəki-Zaqatala, 1,5 faizi Yuxarı Qarabağ, 1,4 faizi Quba-Xaçmaz, 0,2 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb. Hesabatda qeyd olunur ki, yeni açılmış iş yerlərinin 6,2 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 74,8 faizi mövcud müəssisə və təşkilatlarda, 0,3 faizi fəaliyyətini bərpa...
Seçilmiş Videolar