Sosial

Müharibə iştirakçısı: “Döyüş səhnələrini unuda bilmirdim” 

Aytən Zamanova
1 Fevral, 2021
2565

Sputnik.az

Türkiyəli psixoloqlar azərbaycanlı həmkarlarına pullu təlim keçəcək

Adil Baladadaşov İkinci Qarabağ savaşında Füzuli, Cəbrayıl, Şuşa bölgəsində döyüşlərdə iştirak edib.  O, bu gün də döyüş günlərində gördüklərini unuda bilmədiyini söyləyir. 

“Mənim işim döyüş bölgəsində yaralıları çıxarıb, xəstəxanaya çatdırmaq idi. İxtisasca sürücü idim. Ən çox qardaşlarımın, yəni igidlərimizin şəhid olmağına pis olurdum. Hər bir oğul bir evin çırağıdır. Onlar da şəhid oldusa, bir evin çırağı söndü”, - qazi döyüş günlərini xatırlayarkən belə deyir. 

A.Baladadaşov eyni zamanda öz həyatına görə də narahat olduğunu, sağ qalacağı ya da şəhid olacağı haqqında fikirləşdiyini söyləyir: “Ailəm məndən çox nigaran idi. Sonda isə yaralandım. Bu qismət oldu”.

Müharibədən sağ çıxsa da, o gecələr yata bilməyib, sayıqlamağa başlayıb: “Gecə yuxuda sayıqlamalarım olurdu. Beynimdə olan fikirlər evdəkiləri də narahat edirdi. Döyüş səhnələrini unuda bilmirdim. Mənim xalam həkimdi. O, məsləhət gördü ki, psixoloq yanına gedim”.

Psixoloqlara görə, müharibədən sonra Adil Baladadşov kimi yuxu rejimi, əsəb sistemi pozulanlar çox olur və bu normaldır. Hətta bugünlərdə qazilər arasında intihar edənlərin və ya həyatına son qoymağa cəhd edənlərin olması haqda məlumatlar da yayıldı. 

Buna görə də Fövqəladə Hallar Nazirliyi psixioloji yardım üçün Türkiyədən peşəkar mütəxəssislər dəvət edib. 

Gülçin Mehdiyeva.

FOTO: sputnik.az

Nazirliyin mətbuat katibi Gülçin Mehdiyeva “Toplum TV”-yə deyir ki, Türkiyədən 20 nəfərlik peşəkar klinik-psixoloq və psixoterapevt heyəti göndərilib. 

Onun sözlərinə görə, peşəkar heyət yanvarın 22-dən fəaliyyətə başlayıb. 

"Şəhid ailələrindən, müharibə iştirakçılarından, qazilərdən, müharibəyə yaxın zonada yaşayan əhalidən müraciət edənlər var".

FHN tərəfindən təşkil edilən psixoloji yardımdan yararlanan qazi Adil Baladadaşov deyir ki, artıq 4 seansdır terapiyaya gedir və gedişatdan çox razıdır: “Özümü rahat hiss edirəm. Əsəblərim sakitləşib. Ağlımda qalan təsirli görüntüləri unuduram”.

FHN: “Şəhid ailələrindən dəstək istəyən azdır”

Nazirliyin Tibbi və Psixoloji Yardımın Təşkili şöbəsini rəisi Xanım Sofiyeva deyir ki, yanvarın 22-dən yardım üçün 136 nəfər müraciət edib. Onun sözlərinə görə, şəhid ailələrindən psixoloji dəstək istəyənlərin sayı azdır: "Bəlkə də onlar fikirləşirlər ki, yasdayıqsa, psixoloqa getmək ayıbdır, qınaq olar. Qeyd edim ki, elanlar getdikcə onlar da müraciət etməyə başlayıblar". 

Xanım Sofiyeva.

FOTO: azvision.az

X.Sofiyevanın sözlərinə görə, psixoloji yardımın nə qədər davam edəcəyini işin gedişatı göstərəcək.  "Hələlik 1-3 ay arası və daha artıq davam edə biləcəyini güman edirik".

Şöbə rəisi ümumi olaraq 33 nəfər mütəxəssisin bu işə cəlb olduğunu söyləyir: "Fövqəladə Hallar Nazirliyinin 13 nəfər psixoloqu və Türkiyədən gəlmiş 20 nəfər klinik psixoloq və psixoterapevt bu işə cəlb olunub". 

Xanım Sofiyeva deyir: "Türkiyədən gələn mütəxəssislər Azərbaycandakı psixoloqlara təlim keçmək fikrindədirlər. Bu təlimlər pulludur. Kim istəyirsə, təlimlərə qoşula bilər".

“Mən dəli deyiləm ki...”

Psixoloq Aygün Cəfərovanın fikrincə, mentalitet baxımından azərbaycanlıların çoxu indilik psixoloji dəstək almağa hazır deyil: "Ümumi olaraq qazilərimiz, müharibə istirakçıları qürur hissi yaşayırlar. "Mənə heç nə olmayıb, mənim problemim yoxdur"fikri hökm sürür. Bu qürur səbəbindən psixoloqa müraciət etmək istəmirlər". 

Aygün Cəfərova.

FOTO: Sosial şəbəkə - facebook

O, Azərbaycanda bir yanlış yanaşmadan da danışır, əksəriyyət psixoloqa psixiatr kimi yanaşır: "Mən dəli deyiləm ki, psixoloqa müraciət edim, cəmiyyətimizdə bu cür düşünənlər var".

Psixoloqun söylədiyinə görə, birinci dövrdə hər kəs elə bilir ki, problemin öhdəsindən özü təkbaşına gələ, onu dəf edə biləcək: "Bəzən elə olur ki, insan problemi özü həll edir, elə də olur ki, bacarmır, öhdəsindən gələ bilmir. Bunu bilmək üçün bir zaman lazımdır. Müharibədən çıxmış insan üçün 3-6 aydan sonra təkrar psixoloji müayinədən keçmək lazım olur".

Aygün Cəfərovanın sözlərinə görə, hər psixoloq da müharibədən çıxmış insanlara kömək edə bilmir və  daha sonra həmin psixiolaqların özlərinə kömək lazım olur: "Müharibədə iştirak etmiş insanlarla işləmək elə də asan bir iş deyil. Bunun üçün terapiyalarla işləyən mütəxəssis lazımdır. Azərbaycanda bu cür peşəkar psixoloqlar azlıq təşkil edir".

Psixoloqun fikrincə, peşəkar olmayan psixoloji yardım zərərçəkmiş insanlarda etibarsızlıq yarada bilər: "Ola bilər ki, hansısa psixoloqa müraciət olunur, lakin bu cür insanlarla işləmədiyi üçün lazım olan yardımı göstərə bilmir və bu hal qazilərdə, şəhid ailələrində, müharibə iştirakçılarında etibarsızlıq yaradır". 

A.Cəfərova bu cür dəstəyə ehtiyacı olanlar üçün konkret terapiya növlərinin olduğunu bildirir. 

O, koqnitiv davranış terapiyası və EMDR terapiya növlərinin daha effektli olduğunu qeyd edir. 

"EMDR terapiyadan Əfqanıstan müharibəsindən əziyyət çəkən insanlara yardım zamanı geniş istifadə olunub. Koqnitiv və EMDR terapiya növləri dünya üzrə öz təsdiqini tapmış terapiya növləridir. Bu terapiya növləri müharibədən sonrakı vəziyyəti yaxşılaşdırmağa qadirdir".


“Toplum TV” müharibə iştirakçıları ilə işləyən Türkiydən olan mütəxəssislərlə danışmaq istəsə də, FHN-dən bildiriblər ki, bu mümkün deyil, səbəb kimi onların gərgin qrafiklə işləməsi göstərilib.  
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Polis 8-ci sinif şagirdinin ailə qurması ilə bağlı araşdırma aparır

11 Dekabr 2023

Rəsmi səhifə

Kürdəmirdə 8-ci sinif şagirdinin ailə qurması ilə bağlı yayılan xəbərlər araşdırılıb. Toplum TV xəbər verir ki, bu barədə dekabrın 11-də Daxili İşlər Nazirliyindən bildirilib.  Məlumata görə, faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bütün tədbirlər icra olunub. https://toplum.tv/sosial/pbaki-ilahiyyat-kolleci-yaradilibp Araşdırmalar zamanı qızın 14 yaşının olduğu məlum olub. Polis əməkdaşları yeniyetmənin valideynləri ilə izahedici söhbətlər aparıblar və qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb. Valideynləri isə həmin məclisin nişan mərasimi olduğunu, övladlarının hazırda onlarla birlikdə yaşadığını, yalnız 18 yaşı tamam olduqdan sonra toyun keçiriləcəyini bildiriblər. DİN-dən bildirilib ki, bundan əlavə, yeniyetmənin qanunvericiliyə uyğun olaraq təhsilinə davam etməsinə və dərsə davamiyyətinə...
Sosial

Soyuqlar düşəcək, qar yağacaq

11 Dekabr 2023

Trend.az

Bakıda və Abşeron yarımadasında dekabrın 12-dən 14-ü səhərədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Toplum TV Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enərək, gecə saatlarında 3-6 dərəcə isti, gündüz saatlarında 6-9 dərəcə isti olacaq. Rayonlarda da dekabrın 11-i axşamdan 14-ü gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Regionlarda da havanın temperaturu ötən günlərlə müqayisədə 3-6 dərəcə aşağı enəcək. 

Seçilmiş Videolar

Toplum TV loqo